Icma.az
close
up
RU
İqtisaçı: Ələt Azad İqtisadi Zonasının saytında Azərbaycan dilinin olmaması ciddi çatışmazlıqdır

İqtisaçı: Ələt Azad İqtisadi Zonasının saytında Azərbaycan dilinin olmaması ciddi çatışmazlıqdır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanda yeganə azad iqtisadi zona olan Ələt Azad İqtisadi Zonasının rəsmi saytında yaradılandan bəri Azərbaycan dili versiyası yoxdur. Bu məsələni  zonanın nümayəndələrinə də bildirdim və qeyd etdim ki, bu, sadə görünsə də amma çox vacib bir çatışmazlıqdır”. 


Bu sözləri “sherg.az”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. 


Ekspert qeyd edib ki, saytın ölkənin doğma dilində versiyasının olması investisiya mühitinə müsbət təsir edər, zonanın öz imicini gücləndirər, dövlət dilinə hörmətin göstəricisi olar və ən əsası, yerli sahibkarlar üçün məlumatı daha əlçatan edər:


 “Axı hamının ingilis dilini bilməsi kimi bir öhdəliyi yoxdur. Üstəlik, qanunvericiliyə görə, yerli sahibkarlar və KOB-lar da bu zonadan yararlana bilər. Rezidentlərə xidmət və təchizat göstərə, müqavilə bağlayaraq xammal, avadanlıq, maliyyə və digər xidmətlər təqdim edə bilirlər. Hətta bunun üçün üstünlüklər də  mövcuddur. Yəni bu zona təkcə xarici investorlar üçün deyil, Azərbaycan sahibkarları üçün də imkanlar açır. Bir azad iqtisadi zona doğru idarə edilərsə ölkə iqtisadiyyatına nələr verə biləcəyini bildiyim üçün Ələtdə bu zona  yaranarkən ən çox sevinənlərdən biri mən idim. Hətta dəhlizlərlə bağlı kitabımda bu zonaya da yer vermişdim.  Etiraf edim ki, sayt da kifayət qədər funksional hazırlanıb. Amma dil seçimi çatışmazlığının aradan qaldırılması çox vacibdir. Elə bu səbəbə görə hətta Asiyadan tutmuş Avropaya qədər hansı ölkələrin azad iqtisadi zonasının saytına daxil olsaq, öz doğma dillərində versiyasını görə bilərik. Ümid edirəm ki, yaxın vaxtlarda ƏAİZ saytını da Azərbaycan dilində də görəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri