Icma.az
close
up
RU
Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının tikintisi gələn ilin sonunadək başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin birinci rübündə baş tutacaq.

"Ölkə.az" xəbər verir ki, bunu "Silk Way West Airlines" aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı deyib.

"Ələtdə hava limanının tikintisinə 2023-cü ilin sonunda başladıq. Azad ticarət zonası və azad iqtisadi zonada yüklərin aviadaşınması və logistikasının bütöv bir ekosistemi yaradacağıq. Bu, iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək. Bu, "yaşıl" hava limanı olacaq. Damlarda günəş panelləri quraşdırılacaq, xidmət avadanlığı isə elektriklə təchiz ediləcək. Bu, gələcəyin hava limanı, dörd kilometrlik uçuş-enmə zolağı olan yük daşınması üçün istifadə edilən "yaşıl" hava limanı olacaq", - şirkət prezidenti əlavə edib.

V.Mayer "Silk Way"in Orta Dəhliz boyunca intermodal marşrutların inkişaf etdirilməsi planlarını açıqlayıb.

"Bakı strateji mərkəzimizdir. Bu, Şərqlə Qərbin qovuşduğu, dünyanın hər yerindən insanları birləşdirdiyimiz yerdir. Orta Dəhliz həmişə Şərq-Qərb nəqliyyat marşrutlarının "ögey övladı" olub. Son zamanlar bu "ögey uşaq" böyük populyarlıq qazanıb. Biz "Silk Way" olaraq bu qədim İpək Yolu boyunca təkcə "hava-hava" marşrutlarını yox, həm də intermodal marşrutları inkişaf etdirəcəyik; quru yollarını hava yolları ilə, dəmir yolu marşrutlarını isə hava yolları ilə birləşdirəcəyik", - o söyləyib.

V.Mayer qeyd edib ki, bunu "Silkway Group"un öz yüklərinin daşınması üçün inşa etdiyi yeni hava limanı vasitəsilə etməyi planlaşdırırlar.

Qeyd edək ki, yüklərin daşınması üçün nəzərdə tutulan hava limanı 750 hektardan çox ərazini tutacaq. Birinci mərhələdə onun ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək, gələcəkdə isə bu rəqəmin 1,5 milyon tona çatdırılması planlaşdırılır.(report)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Sentyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri