Ələtdə karqo hava limanının inşasının yekunlaşması vaxtı açıqlanıb
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Ələt İqtisadi Zonasında yük (karqo) hava limanının tikintisinin 2026-cı ilin sonunda tamamlanması planlaşdırılır.
Bu barədə “Report”a Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
Onun sözlərinə görə, artıq yük hava limanının tikintisinə başlanılıb: “Bu hava limanı Azərbaycanın iqtisadiyyatı və qonşu ölkələr üçün mühüm üstünlüklər yaradacaq. Eləcə də geniş xidmətlər göstərəcək".
V. Ələsgərov qeyd edib ki, layihə çərçivəsində hava limanı 750 hektardan çox ərazini əhatə edəcək: "İlkin mərhələdə hava limanının illik 500 min ton yükdaşıma gücünə malik olması nəzərdə tutulur. Növbəti mərhələdə isə bu göstəricinin 1,5 milyon tona çatdırılması planlaşdırılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 Fevral 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















