Icma.az
close
up
RU
“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” Aktyor Rəhmanla MÜSAHİBƏ

“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” Aktyor Rəhmanla MÜSAHİBƏ

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lent.az-ın müsahibi "Kukla Teatrı"nın aktyoru, Əməkdar artist Rəhman Rəhmanovdur

- Rəhman müəllim, işlər necə gedir? Teatr fəaliyyəti nə yerdədir?

- Teatr fəaliyyəti hazırda yüksək səviyyədədir. Planımızda bir-birindən gözəl tamaşalar var. Bir çox teatr tamaşaçı qıtlığı çəkir, amma bizdə belə şey yoxdur. Zalımız daim tamaşaçıyla dolu olur. Təkcə uşaqlar yox, onları gətirən valideynlər də həvəslə tamaşalarımıza baxırlar. Tamaşa həddən çoxdur. Həm Azərbaycan, həm rus bölməsi üzrə tamaşalarımız olur. Birazdan "Nənəmin aş qazanı" adlı tamaşanın məşqi olacaq.

- Əvvəl efirlərə ekspert qismində çox çıxırdız. Uzun müddətdir ki, verilişlərdə görmürəm sizi. Nə ilə bağlıdır?

- Sözün açığı, yaşlanmışam. Daha gedib otura bilmirəm. Hövsələm çatmır. Bundan əlavə, teatrın da işi çoxdur. Ayın 1-dən yeni tamaşa başlayır. Neçə ildir arzusunda olduğum bir tamaşa - "Bizim Aybalit" səhnəyə qoyulacaq, ona hazırlaşıram. Amma sosial verilişlərə yenə çağırırlar. 

- Rəhman müəllim, bu cür verilişlərdə ailə-məişət mövzuları qabardılır. Daha doğrusu, yeznə-qayın dedi-qodusu səviyyəsində olur bu söhbətlər. Heç bunları tənqid etmisiz?

- Mən sülh adamıyam. Məsləhətimi də elə verirəm ki, sülh yolu ilə olsun. Keçən dəfə "Səni axtarıram" verilişində bir az əsəbiləşdim, dedim, elə etməyin ki, auditoriyanı tərk edim. Xoşqədəm xanım dedi, sən əziz qonağımızsan. Məni müdafiə etdi. Sonra Elgiz Əkbərin, Zaurun verilişinə ekspert kimi gedirəm. Onların hər üçü mənə yaxşı olub. Təpədən dırnağa xəstəyəm. Onlar xəstəliyimə kömək edirlər, sağaldırlar. İstər maddi, istər mənəvi cəhətdən.

- Buna görə tənqid eləmirsiz onları?

- Dostluq edirik. Onlar qayğıma qalırsa, mən də onlarla dostluq etməyi bacarmalıyam. İkincisi, şou adamı deyiləm. Artıq-əskik danışmaram.

- Söhbət sizin artıq-əskik danışmağınızdan getmir. O verilişlərdə danışılan aşağı səviyyəli mövzuları, ailə-məişət söhbətlərini ictimailəşdirib bundan xal qoparmaq nə dərəcədə doğrudur? 

- Sizinlə hardasa razıyam. Lakin bu verilişlər dünyanın bir çox yerində - Türkiyədə, Rusiyada da var, ailə-məişət söhbətləri gedir. Efirə də onlara görə baxırlar. Bir dedi-qoduya, bir də belə şoulara. Amma əvvəl "Uzaq sahillərdə", "Bəxtiyar" filminə baxırdılar. Nəhəng aktyorlarımızın da çoxu indi efirə çıxmır. Mən öz abırımı qoruyan adamam. Sağalan yara deyil bunlar...

- Sosial proqramlar olmalıdır. Amma adını "sosial proqram" qoyub hər yoldan keçəni efirə çıxarmaq... Evinin ən məhrəm söhbətini qonşusuna danışan "N" qədər adam var, amma bunları efirə çıxarıb xal yığmaq etik deyil axı.

- Cavan vaxtlarımda Əliağa Ağayev, Yusif Vəliyevlə, Nəsibə Zeynalova ilə bir yerdə səhnəyə çıxırdıq. Amma indi gəlib ekspert kimi otururam. Sadəcə sağlamlığıma görə. Çünki o verilişin aparıcıları mənə yaxşı baxırlar. Necə ki ekspert kimi vaxtımı itirirəm orada, onlar da mənə kömək edirlər.

- Rəhman müəllim, uzun müddət toylara getmisiz. Hazırda da toya gedən aktyorlar var. Maddi çətinlikdən yaranır bu ehtiyac?

- Bəli, 40 il toylara getmişəm. O dövrdə başqa yerdə qazanc yox idi. Teatrın maaşı, televiziyada qonorar az idi. Bununla ailə saxlamaq olmurdu. O vaxt "Kukla Teatrı"da 60 manat maaşla işə başlamışam. Nəylə dolandırasan ailəni? Ona görə də, toylara tamada kimi gedirdim. Özü də tamada kimi çox yaxşı olmuşam. Sonradan elə bir dövr gəldi ki, teatrda yüksək maaş aldım, ondan sonra getmədim toylara.

- Kommersiya sirri deyilsə, bilmək olar hazırda teatrdan nə qədər maaş alırsız?

- Teatrdan 870 manat maaş alıram. 200 manat fəxri ada görə, 500 manat prezident təqaüdü və qocalıq pensiyası alıram. Gəlirim ümumi 2000 manata gəlib çıxır.

- Siz bu gəlirə çatmaq üçün 70 ilə yaxın vermisiz. Amma bu dəqiqə gənclər var ki, sizin aldığınız təqaüdlərin heç birini almırlar, fəxri adları yoxdur və maaşları da sizdən azdır. Məhz teatr maaşı ilə 4 nəfərlik bir ailəni dolandırmaq olar?

- Bizdə yoldaşımla mənəm. Yoldaşım da təqaüd alır. Təkcə teatr maaşı alsam, təqaüdlərlə birlikdə ikimizə çatar. 

- Yaxşı, bəs uşaqlı bir ailə?

- Yox, çatmaz.

- Sizdə elə aktyor var ki, başqa işlə məşğul olmasın və təkcə teatr maaşı onu qane etsin?

- Vallah, onu deyə bilmərəm. Kiminsə əvəzinə danışmaq olmaz.

- Sözü ona gətirirəm ki, sadəcə teatr, sənətlə məşğul olan biri necə ailə-uşaq sahibi olacaq? Belə çıxır ki, bu sənətə gələn biri normal dolanmaq üçün fəxri ad, təqaüd yaşını gözləməlidir?

- Digər teatrlarda bizdən yüksək maaş alırlar. Biz də gənc olmuşuq. 60 manata başlamışam işə.

- Küçə sənətinə münasibətiniz necədir? 

- Pis baxmıram. O insanlar da sənətlərin elə göstərir, pulunu qazanır. Onlara ancaq "sağ ol" demək olar, çünki gedib oğurluq etmirlər.

- Nə qədər müasirsiz?

- Müasirlik lazımdır. Amma müasirlik o demək deyil ki, qısa şortik geyinsinlər, qadınlar küçədə siqaret çəksin. Hər şey ədəb-ərkanla olmalıdır. 

- Nəvələrinizlə vaxt keçirirsiz?

- Əlbəttə. 5 nəvəm var. Ən böyüyünün 18, balacasının 6 yaşı var. 

- Nəvələrinizdən sizin yolunuzu getmək istəyən var?

- Yox. Biri atasının yolun gedir, müğənni olmaq istəyir.

- İstəyirsiz hansısa aktyor olsun?

- Sərf eləmir...

- Nə mənada?

- Qazanc yoxdur bu sənətdə. Bu yaşa gəlib çatmışam, hələ indi qiymət verirlər.

- Əslində, bayaq bunu eşitmək istəyirdim sizdən..

- Başlanğıcda çox çətin olur. Teatrlarda maaş azdır. Amma yenə də deyirəm, aktyorun istedadından asılıdır. İstedad varsa, teatrla yanaşı kino ilə, digər şeylərlə pul qazanacaq. Adam tanıyıram ki, İncəsənət Universitetini bitirib, hazırda ayaqqabı satır. Görüb ki, bu sahədə qazanc azdır, keçib ticarətə.

- Hazırda çəkilən seriallara baxırsız?

- Vaxtım olmur. Bədii filmlərə baxıram. Çəkilən komediyalara baxıram, maraqlıdır.

- Məsələn, hansılar?

- "Komedixana" yaxşıdır, bəyənirəm. 

- Onların yumorunu bəyənirsiz?

- Bəli. Hətta məni də dəvət etmişdilər, hələlik getmirəm. Fərda Xudaverdiyevin, Elməddin Cəfərovun,  Müşfiq Abbasovun filmlərinə baxıram. Amma əksərən rusların bədii filmlərini izləyirəm.

Foto - Rüfət Mustafayev © APA GROUP

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri