Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
İran Silahlı Qüvvələri əvvəlkindən daha geniş coğrafiyanı əhatə edən yeni hədəflər və rəqibə məxsus aktivlər siyahısı hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi ali rəhbərin əmrini aldıqdan sonra xalqa ünvanladığı müraciətdə bildirib. Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
“Silahlı Qüvvələr əvvəlkindən daha geniş coğrafiyada düşmənin yeni hədəflər və aktivlər siyahısını hazırlamağı gündəliyə daxil edib və döyüş meydanında düşməni yeni sürprizlərlə qarşılayacaq”, – deyə müraciətdə qeyd olunub.
Ə.Abdullahinin sözlərinə görə, ABŞ və İsrailin mümkün təkrar hücumu halında İran Silahlı Qüvvələri güclü və intensiv cavab verəcək, bu cavabın coğrafi məhdudiyyətləri olmayacaq.
O əlavə edib ki, rəqibə veriləcək cavab əvvəlki müharibə ilə müqayisədə daha sərt və təsirli olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 31 Oktyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















