Icma.az
close
up
RU
Əli Bağışın “Altı və Sıfır” adlı kitabı nəşr olunub

Əli Bağışın “Altı və Sıfır” adlı kitabı nəşr olunub

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə Əli Bağışın “Altı və Sıfır” adlı kitabı nəşr olunub. 

Mia.az-ın məlumatına görə, “Mücrü” nəşriyyatında işıq üzü görən kitabın “Ön söz” müəllifi  “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsdir. 

4 bölümdən - “Kəlamlar”, “Publisistika”, “Nəsr” və “Şeirlər”dən ibarət olan kitabın naşiri Müşfiq Xan, redaktoru Hicran Hüseynova, korrektoru Şəfa Vəlidir. 

Oxucular “Altı və Sıfır”da Əli Bağışın milli və dünyəvi hadisələrə-keçmiş, indi və gələcək hadisələrə idraki yanaşmasının şahidi olacaq, olmuşlara, olanlara və olacaqlara onun baxış bucağından baxa biləcəklər. 

 Qulu AĞSƏS

****

“ALTI VƏ SIFIR”DAN SONRAKI EXTRA TİME (Əli Bağışın kitabına Ön söz olsun)

    Hasarın üzərində yazılıb: “Narahatlığa görə üzr istəyirik”.

 Altından da yad dildə: “Sorry for the inconvenience”. 

Yapon yazıçısı Yasunari Kavabata deyirdi: “Fərqli dillərin yaranması bir qəbilənin digər qəbilədən öz sirlərini qorumaq istəyi ilə əlaqədardı”.

Hasarın üzərindəki elanda bir dil başqa dilə sirrini açır.

İkinci dili köməyə çağıran birinci dil hasarı ö üzə özü təkbaşına aşa bilmir.

Dünyasa hasarın o üzündədi. Və beləcə biz dünyaya çıxa bilmirik. 

Fransız Jül Renarın remarkası: “Fransada oxucusunu tapmayan yazarlar özlərini sakitləşdirmək istəyəndə deyirlər ki, onları Almaniyada oxuyurlar...”

Bu yerdə Əli Bağışdan zəng gəlir.

İkimiz də eyni anda sözə başlayır, bərabər susuruq. 

Xalq artisti Yalçın Adıgözəlovla bir məclisdəydik. Ağız deyəni qulaq eşitmirdi. Yalçın bəy cibindən bir siqar çıxardı. Hamı susdu. Elə bildik, əlindəki dirijor çubuğudu. 

Əli Bağış mübahisəni sevir və həmişə haqlı çıxır. Onun “dirijor çubuğu” ayrıdı. Davanın şirin yerində votsapa bir “məcun” şəkli yollayır: “Sən heç bundan içmisən ömründə?”

Mən də ona “qədəhaltı” göndərirəm:

Nə xoş sabahdı,
saatıma qonan qar dənəciyi
dondurmaq istəyir vaxtı...

İkimizin də kefi durulur. Ayılıb görürük ki, bir kitablıq yazışmalarımız qalıb. Deyirəm,  gəl belə eləyək, “Kəlamlar”ını ayrı bir qovluğa topla, at mənə. 

O, uşaq təəccübüylə: 

“Kəlam nəyə deyirsən?”

Mən redaktor inadıyla: “Haqlıyamsa, yanımda deyilsənsə, lənət olsun sənə, haqsızamsa, yanımdasansa, lənət olsun mənə”.  

Görür ki, vəziyyət nəzarətdən çıxır, sabahacan möhlət umur və bir gün sonra növbəti sifariş alır: “Publisistikanı da poçtuma at!” Onu da göndərəndən sonra videozəng vurub ürəyimi üzümdən oxumaq istəyir. Yəni sənin fikrin nədi? 

Stanislav Kurilovu köməyə çağırıram. 14 dekabr 1974-cü ildə sovet gəmisindən okeana atılan, 3 günə 100 km məsafə üzən “fövqəladəm”i. 

Jurnalistlər ondan soruşanda ki, “bəs, okeandakı heyvanlardan qorxmadınız?”, nə desə yaxşıdı:

– Bir neçə saatdan sonra, elə bildim, mən də akulayam, delfinəm, balinayam...

Hiss edirəm, Əli Bağış onun yaradıcılığını izləməyimdən məmnun qalıb. Səhəri gün poçtumda təzə hekayə görürəm: “Dörd tabut” müharibədən yazılıb. Qarabağ savaşından. Onu çoxdan bir yol oxumuşdum. Yenə də hiss-həyəcanla gözdən keçirirəm. 

Pəncərəni açıram ki, başımın tüstüsü evə dolmasın. 

Bəni-Adəmin beş duyğu hissi var. 

Yaradıcıların altı – intuisiya. 

Bir hiss də var: məsuliyyət hissi. 

Əli Bağış “Dörd tabut”un altına o hisslə girib. 

Məsuliyyət hissiylə. 

Qarabağ müharibəsindən çox hekayə yazılıb: Azərbaycanın və Ermənistanın gözü ilə. 

Əli Bağış bu müharibəyə “üçüncü” ölkədən baxıb. 

Məncə, müharibə Tanrının dünyanı insanın idarəsinə buraxdığı məqamdı.

Hə, insan, buyur görək, sən neynirsən? 

İnsan bir-birini qanına batırıb. 

Bu yaxınlarda məşhur kəşfiyyatçı Xanı minaya düşüb şəhid oldu. Savaş üçün doğulanların missiyası bitdi. 
“Dörd tabut”un epiloquna inanaq:

“Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pıçıldadı:

– Siz türklərdə su aydınlıqdı. Bəlkə heç bir-birlərini öldürmədilər...”

Bu hekayədən sonra Əli Bağışın şeirlərinə bir də baxasıydım. Ehtiyac duymadım. Kitabdan oxuyaram.
Əli Bağışın yaxşı hesab verməyi var. Yazdıqları da hesabdı. Amma bu dəfə “çölə” yox, “içəri” verdiyi hesab...

P.S. Həmişə çalışıb ki, dostlarının başını uca eləsin. 60 yaşında ənənəni pozmaq istəyir: hamı başını aşağı salsın və bu kitabı oxusun...
P.P.S. “Altı və Sıfır” dörd fəsildi. “Kəlamlar” – yaz, “Publisistika” – yay, “Nəsr” – payızdı. “Şeirlər”sə...  qış deyil...

4 oktyabr 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri