Əli Əhmədov: 2026 cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 6 noyabr, AZƏRTAC
Büdcə hökumətin fəaliyyətinin, dövlətin, ölkənin iqtisadi və maliyyə imkanlarının güzgüsüdür. Eyni zamanda, hər bir dövlətin iqtisadi imkanlarının formalaşdırılması ölkədə həyata keçirilən iqtisadi siyasətlə əlaqədardır. Lakin qlobal dünyada hər bir dövlətin, o cümlədən də Azərbaycanın iqtisadi imkanlarının formalaşdırılması onun uğurlu daxili iqtisadi siyasətinin həyata keçirilməsi qədər də, beynəlxalq şəraitən müəyyən qədər asılı olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov noyabrın 6-da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dəyişən beynəlxalq iqtisadi konyunktura bütün dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadi inkişafı qarşısında əhəmiyyətli çağırışlar yaradır. Azərbaycanın iqtisadi inkişafı, ilk növbədə, təbii ki, Prezident tərəfindən müəyyənləşdirilmiş strategiyanın həyata keçirilməsi ilə əlaqədar olduğu kimi, qlobal konyunktura dəyişikliklərinin də müəyyən təsirinə məruz qalır. Enerji daşıyıcılarının qiymətlərinin azalması Azərbaycanın ixrac imkanlarına təsir göstərir, onu müəyyən qədər məhdudlaşdırır. Yaxud idxal qiymətlərinin artması Azərbaycan vətəndaşlarının istehlak imkanlarına təsirsiz ötüşmür. Bütün bunlara baxmayaraq, 2026-cı ilin dövlət büdcəsinə nəzər salarkən biz gələn və ondan sonrakı illərə optimist baxa bilirik. Çünki bütün bu çağırışlar fonunda təbii olaraq Azərbaycanın iqtisadi və sosial inkişafı sahəsində uğurlarından da danışmaq mümkündür.
Baxış sayı:25
Bu xəbər 06 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















