AƏSMA da “Stressə davamlılıq” mövzusunda təlim keçirilib FOTO
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında psixoloji dayanıqlığın gücləndirilməsi, eləcə də əmək fəaliyyətində sağlam iş mühitinin formalaşdırılması məqsədilə akademik heyət üçün “Stressə Davamlılıq” mövzusunda təlim təşkil olunub.
"Unikal" xəbər verir ki, təlimin rəsmi hissəsində AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev çıxış edərək akademik heyətin psixoloji sağlamlığının qorunmasının və stressə davamlılığın artırılmasının təhsil prosesinin keyfiyyətinə birbaşa təsir göstərdiyini qeyd edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi, Əməyin və Sağlamlığın Mühafizəsi Şöbəsi, Sağlamlığın Mühafizəsi Sektorunun müdiri Rahim Əliyev çıxışında əmək mühitində stress amilinin azaldılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Təlim Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşı Pərvin Müslümzadə tərəfindən aparılıb. Stressin yaranma səbəbləri, onun psixoloji və peşəkar fəaliyyətə təsiri, stressin idarə olunması mexanizmləri və psixoloji davamlılığın artırılması üsulları barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçılar mövzunun praktik əhəmiyyətini vurğulayaraq bu formatda maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.
Baxış sayı:36
Bu xəbər 23 Dekabr 2025 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















