Əli Əsədov BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi ilə görüşüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Baş nazir Əli Əsədov BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Görüş zamanı Azərbaycan ilə BMT arasında müxtəlif istiqamətlərdə uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə olunub.
BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində qlobal yol hərəkəti təhlükəsizliyinin təşviqi istiqamətində aparılan fəaliyyət yüksək qiymətləndirilib.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, rəqəmsal həllərin tətbiqi vasitəsilə nəqliyyat sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub.
Görüşdə yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Baxış sayı:173
Bu xəbər 01 İyul 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















