Icma.az
close
up
RU
Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında" 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti göstərmiş sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra, real vaxt rejimində Dövlət Statistika Komitəsi deyil, İqtisadiyyat Nazirliyinə ötürəcək. İndiyə qədər məlumat hər il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülürdü.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq məlumatların Dövlət Statistika Komitəsinə və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə ötürülməsini təmin etsin.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kateqoriyalarına aid edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim olunan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıq subyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başa çatmış hesabat ili üzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir, meyar göstəriciləri üzrə məlumatlar dəyişdikdə real vaxt rejimində yenilənir və sahibkarlıq subyektlərinə təqdim edilir. Vergitutma məqsədləri üçün

vergi qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalar sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinə əsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat ili ərzində tətbiq edilir.

Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Noyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri