Icma.az
close
up
RU
Əli Əsədovun bu qərarı ucuzlaşmaya səbəb ola bilər Ekspert

Əli Əsədovun bu qərarı ucuzlaşmaya səbəb ola bilər Ekspert

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Nazirlər Kabineti 10 yanvar 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, "İcazə" blanklarının elektron mübadiləsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sistemi ilə edən ölkələrlə mübadilə yalnız elektron qaydada, digər ölkələr ilə mübadilə isə kağız daşıyıcıda həyata keçirilir.
Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, bu, logistika və yükdaşıma proseslərinin daha səmərəli və sürətli həyata keçirilməsinə səbəb olacaq:
“Bu, irəliyə doğru atılmış mühüm addımdır. Xüsusilə digər ölkələrlə icazə blanklarının AYNA informasiya sistemi vasitəsilə elektron qaydada mübadilə olunması əvvəllər uzun vaxt aparan proseslərin daha operativ şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Bu yenilik həm vaxt itkisini azaldacaq, həm də proseslərin idarə olunmasında daha müasir kommunikasiya və əlaqə sisteminin formalaşmasına şərait yaradacaq. Elektronlaşma istiqamətində ciddi irəliləyiş müşahidə olunacaq. Eyni zamanda bunun qiymətlərə də müsbət təsir göstərəcəyi gözlənilir. Çünki logistika xərclərinin azalması məhsulların maya dəyərinə birbaşa təsir edir. Kağız daşıyıcılar vasitəsilə məlumat mübadiləsinin aparılması əlavə vaxt itkisinə, məhsulların uzun müddət anbarda saxlanmasına və prosesin gecikməsinə səbəb olur. Bu isə son nəticədə məhsulların maya dəyərində öz əksini tapır. Proses nə qədər sürətli və operativ həyata keçirilərsə, logistika xərclərinə bir o qədər qənaət etmək mümkün olar. Bu da bazara çıxarılan məhsulların həm daha tez çatdırılmasına, həm də müəyyən qədər daha münasib qiymətlərlə satışına şərait yarada bilər”.
O deyib ki, düzdür, burada çox böyük faizlərdən söhbət getmir:
“Adətən logistika və daşıma xərcləri məhsulun maya dəyərində təxminən 2-5 faiz civarında paya malik olur. Uzunmüddətli gecikmələr zamanı isə bu göstərici bəzi hallarda 10 faizə qədər yüksələ bilir. Elektron sistemlərin tətbiqi ilə məhsulların daha sürətli daşınması və sənəd dövriyyəsinin operativ həyata keçirilməsi maya dəyərinin daha aşağı formalaşmasına səbəb ola bilər. Hazırda AYNA informasiya sistemi ilə elektron mübadilə imkanlarının olmadığı bəzi istiqamətlər mövcuddur. Gələcəkdə bu problemlər də aradan qaldırılarsa və icazə blanklarının tam şəkildə elektron qaydada idarə olunması təmin edilərsə, bu, həm operativlik, həm logistika xərclərinin azaldılması, həm də məhsulların maya dəyərinə təsir baxımından çox ciddi nəticələr verə bilər. Nəticə etibarilə bu proses istehlak bazarında qiymətlərin müəyyən qədər azalmasına və məhsulların daha əlçatan olmasına təsir göstərə bilər. Bu isə vətəndaşların xaricdən gətirilən müxtəlif məhsullarla daha rahat və münasib şərtlərlə təmin olunmasına əlavə imkan yaradacaq”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri