Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Əli İnsanovun “mehdiyevçiliyi” və “antimehdiyevçiliyi” KONKRET

Əli İnsanovun “mehdiyevçiliyi” və “antimehdiyevçiliyi” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ramiz Mehdiyevin gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram, o zaman əlaqələrimiz vardı. O, olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olunmuş, heç kimə lazım olmayan, Xalq Hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətliliyi olmayan adam idi”.

KONKRET.az “AzPolitika”ya istinadla xəbər verir ki, bunu Haqq və Ədalət Partiyasının sədri, eks-səhiyyə naziri Əli İnsanov “TV Müsavat”a müsahibəsində Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib.

“Həbsxanaya düşsə, tezliklə ölə bilər. Dözməz o şəraitə. İradəsi zəif adamdır. Onun burnunu tutsan, canı çıxar, dözməz orada. Ölər, işlər də yarımçıq qalar. Ona görə həbsxanaya yerləşdirməzlər ki, orada bir həftəyə ölər. Onda kimdən soruşacaqlar, niyə belə etmisən?”, – deyə Əli İnsanov bildirib.

“Mehdiyev ömrü boyu idarə olunub, o, heç kimi idarə etməyib. O cür adamlar isə heç vaxt yetişmir, sadəcə meydana gəlir. Bəs necə oldu ki, Ramiz Mehdiyev yenidən hakimiyyətə gəldi? O zaman Rusiya təkid və təklif etdi ki, Mehdiyev yenidən hakimiyyətə gəlsin. Müdrik Heydər Əliyev isə bir balaca Ramiz Mehdiyevə görə Rusiya ilə mübahisəyə girişməzdi. Sonra bir müddət yaddan çıxdı, amma hər birimizə ayrı-ayrılıqda məlumatlar gəlirdi ki, bu adam Rusiyanın dediklərini olduğu kimi yerinə yetirir, Azərbaycanın görkəmli siyasətçilərini, insanlarını rusiyapərəst etmək üçün iş aparır. Buna da müəyyən qədər nail oldu”, – deyə keçmiş nazir əlavə edib.

Sabiq nazir onu da xatırladıb ki, Ramiz Mehdiyev əmək fəaliyyətinə çilingər kimi başlayıb, iddia edib ki, ömrü boyu da “çilingər səviyyəsindən yuxarı qalxa bilməyib”.

Qeyd edək ki, bir çoxları kimi, Əli İnsanovun da indi dedikləri ilə illər əvvəl Ramiz Mehdiyev haqqında dilə gətirdiyi fikirlər arasında dərin ziddiyyət var. Belə ki, vaxtilə bir çoxları kimi, İnsanov da “boz kardinal” haqda mədhiyyələr deyib.

Əlbəttə, həmin dövrdə İnsanov YAP-ın əsas simalardan biri idi və Mehdiyevlə çiyin-çiyinə işləyirdi. Amma 2005-ci ilin oktyabrında keçmiş nazir dövlət çevrişinə cəhddə ittiham olunaraq həbs ediləndə PA rəhbəri ilə münasibətləri düşmənçilik həddinə qədər pisləşmişdi. Onun məhkəmədəki çıxışlarında Ramiz Mehdiyevə hiddət, qəzəb ifadə olunurdu. Görünür, bu hiddətin özəl səbəbləri varmış…

Qeyd edək ki, Mehdiyevə qarşı münasibətdə radikal dəyişkənlik əksər deputatlarda və keçmiş məmurlarda müşahidə olunur. Əli İnsanov isə, necə deyərlər, “barıtını çox edib”, onun çıxışları Mehdiyevə səmimi rəğbət, hətta yarınmaq elementləri ilə yanaşı bir qruplaşmada təmsil olunduqları şübhəsini də ortaya qoyur…

Məsələn, 1999-cu ildə “Azərbaycan” qəzetinə müsahibəsində Əli İnsanov deyib: “Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinin ən güclü sütunlarından biridir. Onun siyasi təfəkkürü, təcrübəsi və Heydər Əliyevə sədaqəti ölkəmizdə sabitliyi təmin edir”.

Bu cümlədə sətiraltı mesaj da var: Mehdiyev sədaqətli olmasaydı, ölkədə sabitlik təhlükə altına düşə bilərdi?! O, PA rəhbərinı hansı səbəbə görə bu qədər vacib persona kimi təqdim edib? Həmin dövrdə Mehdiyev mərhum Heydər Əliyevin kölgəsində ümumiyyətlə nəzərə çarpmayıb…

Yaxud, Əli İnsanovun 2001-ci ildə YAP-ın qurultayındakı çıxışında Mehdiyevə ünvanladığı tərifnaməyə baxaq: “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanın idarəetmə sistemini müasir səviyyəyə qaldırıb. Onun rəhbərliyi ilə ölkədə sabitlik və inkişaf təmin olunub”.

Bu cümlələr isə birbaşa mərhum Prezident Heydər Əliyevə qarşı yönəlib. Çox maraqlıdır, İnsanov ölkədəki sabitliyi inkişafı məhz Ramiz Mehdiyevin xidmətləri kimi təqdim edib. Burada hakim komanda içərisində “Mehdiyev-İnsanov” qruplaşmasının mövcud olmasının konturları aydın şəkildə nəzərə çarpır.

2003-cü ildə Səhiyyə Nazirliyinin hesabat iclasında isə o bir qədər “səhvini” düzəldir, amma yenə də Ramiz Mehdiyevi vəsf etməkdən çəkinmir: “Ramiz Mehdiyev Heydər Əliyevin siyasətini ən dəqiq şəkildə həyata keçirən şəxsdir. Onun sayəsində nazirliklər arasında koordinasiya yüksək səviyyədədir”.

Qeyd edək ki, Əli İnsanov Mehdiyevçi kursunu Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra da davam etdirib. 2004-cü ildə o “525-ci qəzet”ə müsahibəsində deyir: “Ramiz Mehdiyev Azərbaycanın ən bacarıqlı dövlət xadimidir. Onun intellekti və təcrübəsi ölkəmizin gələcəyi üçün əvəzsizdir”.

Əli İnsanovun “mehdiyevçiliyindən” belə nəticə çıxarmaq olar ki, o Ramiz Ənvəroviçin istintaqçıları üçün qiymətli mənbədir…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri