Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycanın deaflimpiyaçı atıcısı Əli İskəndərli Serbiyanın Novi Sad şəhərində keçirilən 16-cı Avropa Çempionatında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan deaflimpiyaçı atıcıları idman tariximizdə ilk dəfə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq üzrə Avropa Çempionatında mübarizə aparırlar.
Avropa Çempionatının 10 m pnevmatik tapança növü üzrə yarışlarında 9 ölkə və 1 neytral komandadan ümumilikdə 21 idmançı iştirak edib.
Deaflimpiya atıcılığı üzrə baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə yarışan Əli İskəndərli və Nicat Əzimov gərgin təsnifat mübarizəsinin nəticəsinə əsasən ilk səkkizlikdə qərarlaşıb və final mərhələsinə vəsiqə qazanıblar.
Final mərhələsində idmançılarımız Tokio 2025 Deaflimpiya Oyunlarının bürünc mükafatçısı xorvatiyalı Boris Gramnjak, həmin Oyunları 4-cü yerdə başa vurmuş digər xorvatiyalı Pervan Bruno, neytral komandanın rusiyalı təmsilçisi və Sofiya 2013 Deaflimpiya Oyunlarının bürünc mükafatçısı Boris Lazarev və digər təcrübəli idmançılarla mübarizə aparıblar.
Nəticədə Əli İskəndərli 3-cü, Nicat Əzimov isə 5-ci pillədə qərarlaşıb.
Bu, Azərbaycanın eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq üzrə Avropa Çempionatında qazandığı ilk medaldır.
Baxış sayı:59
Bu xəbər 23 Sentyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















