Icma.az
close
up
RU
“Əli Kərimli heç kimə və heç bir ali dəyərə sadiq deyil” Qüdrət Həsənquliyev

“Əli Kərimli heç kimə və heç bir ali dəyərə sadiq deyil” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, bəzi xarici nəşrlərin son zamanlar Əli Kərimlinin ölkəmizin daxili və xarci siyasəti ilə bağlı fikirlərinə yer ayırması nə ilə əlaqədar ola bilər?

-Böyük ehtimalla bu müsahibələrin təşkilində iqtidarın da hansısa formada rolu var. O, beynəlxalq birliyə, bölgədə marağı olan yaxın və uzaq güclərə əsas müxalif qüvvə kimi təqdim olunur, bununla həmin dairələrə fərqli mesajlar göndərilir.

-Ə.Kərimli iqtidara bu qədər faydalı və sadiqdirsə, niyə onun xaricə çıxışına imkan verilmir?

-O heç kimə və heç bir ali dəyərə sadiq deyil. İqtidar zaman-zaman ehtiyac hiss edəndə ondan məharətlə istifadə edir. Belə "dəyərli kadr"ı kim əlindən buraxar? Xasiyyətini, xarakterini bildiklərindən bəlkə də fikirləşirlər ki, gedər xaricə, nəzarətlərindən çıxar.

-Hazırda ən çox müzakirə olunan məsələlərdən biri ölkənin xarici siyasəti ilə əlaqədardır.Sizin fikrinizi bilmək maraqlı olardı...

-Azərbaycan hər kəslə, xüsusilə, yaxın qonşularla bərabərhüquqlu dostluq və əməkdaşlıq siyasəti aparır. Bəzi ölkələrin Azərbaycana fərqli motivlərlə təzyiqi münasibətlərdə müəyyən gərginlik yaradır. Heç kim bizi milli maraqlarımıza cavab verməyən qərarların qəbuluna, yaxud dövlətimizin mənafelərinə cavab verən qərarların qəbulundan imtinaya məcbur edə bilməz. Azərbaycanın qəbul etdiyi qərarlar heç bir halda başqa ölkəyə qarşı yönəlməyib. Bəziləri nələrisə bəhanə edib bizə hücum edir. Məsələn, Rusiyadan son günlər ünvanımıza ittihamlar səsləndirilir ki, biz niyə Ukraynaya qaz satırıq. Amma unudurlar ki, Rusiya özü son vaxtlara qədər Ukrayna ilə ticarət əlaqələrini saxlayırdı və Ukraynaya silah yardımı edən ölkələrə neft və qaz satır və daha böyük həcmdə satmaq üçün ciddi səy göstərirdi. Buna nail olmaq üçün, Qərbdəki ermənipərəst dairələrin dəstəyinə ümid edərək, Azərbaycanla münasibətləri zədələmək də ağıllı siyasət deyil. Rusiya Qərbdəki ermənipərəst dairələrin təzyiqi ilə Birinci Qarabağ müharibəsində buraxdığı səhvi təkrar etməməlidir.

Onu da qeyd edim ki, ermənipərəst dairələrin Qərbdən gələn təzyiq və təhdidlərini rədd etsək də, haqlı tənqidləri öyrənməli və onların aradan qaldırılması, vətəndaş məmnunluğu üçün Qərbdəki tərəfdaşlarımızla aktiv formada işləməliyik. Erməni faşizmi üzərində möhtəşəm qələbəmizin 5-ci ildönümü münasibətilə ölkədə siyasi motivlərlə tutulduğu iddia olunan şəxsləri də əhatə edən geniş amnistiya aktının qəbulu müdrik qərar olardı. İnanıram ki, beynəlxalq hüquqa hörmət, qonşularla dostluq və əməkdaşlıq siyasəti bundan sonra da özünü doğruldacaq, bütün gərginliklər aradan qaldırılacaq.

Ailəni yaradan sevgidirsə, onu qoruyub saxlayan sədaqət, uşaqlar və qarşılıqlı hörmətdir. Dövlət də böyük ailədir. Onu qoruyub saxlayan ciddi iqtisadi əlaqələr və dostlara, müttəfiqlərə olan hörmət, etibarlılıqdir. Əgər beynəlxalq siyasəti bir şahmat oyununa bənzətsək, Azərbaycan Respublikası Prezidenti bölgədə marağı olan həmkarlarından bir yox, ən azı 3 gediş daha qabağı görə bilir, ona görə xarici siyasətlə bağlı ciddi narahatlılıq üçün əsas görmürəm. Bizim zəif yerimiz iqtisadiyyatımızın neftdən asılı olmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri