Icma.az
close
up
RU
Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi Qüdrət Həsənquliyev faktları açıqladı

Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi Qüdrət Həsənquliyev faktları açıqladı

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev "Teleqraf" İnformasiya Agentliyinə müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Qüdrət bəy, Əli Kərimlinin həbs olunması barədə AXCP bəyanatla çıxış etsə də hakim Yeni Azərbaycan Partiyası (YAP) hələ də dövlət çevrilişi cəhdinə rəsmi münasibət bildirməyib. Sizcə, niyə?

- Bu sual YAP-a ünvanlanmalıdır, amma düşünürəm ki, bu, hələlik müvafiq dövlət orqanlarının rəsmi açıqlaması olmadığına görədir. Konstitusiyanın "Təqsirsizlik prezumpsiyası" adlanan 63-cü maddəsinin 5-ci bəndinə görə, məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

İstintaq orqanı mediada deyilənləri təkzib etməsə də, belə bir cinayət hadisəsinin olması haqqında ictimaiyyətə rəsmi məlumat verməyib.

- Bəziləri iddia edir ki, belə bir cinayət hadisəsi olmayıb, bu, ölkədə alternativ fikrə və tənqidə imkan verməmək üçün təşkil olunub. Əli Kərimli iqtidar üçün bu qədərmi qorxulu idi?

- Siyasi partiya sədrinin həbsi hər bir halda böyük təəssüf hissi yaradır. Amma qeyd etdiyiniz həbsin səbəbləri barədə deyilənlər cəfəngiyatdır.

Əlbəttə, demokratiyanın inkişaf səviyyəsinə görə Azərbaycan nə İsveç deyil, nə də bu və ya digər məsələ barədə xalqın fikrini öyrənmək üçün ildə 2-3 dəfə referendum keçirən İsveçrə. Amma həm parlamentdə, həm mediada, həm də ictimai-siyasi həyatda tənqid və alternativ fikir var, ümid edirəm zamanla bu daha da genişlənəcək. Ən diletant birisi belə iqtidarın Əli Kərimlidən çəkinməsini ağlına belə gətirməz, buna inanmaz.

Zaman-zaman daxili və xarici qüvvələr Kərimlidən istifadə edib hökumətə təzyiq etmək fikrinə düşürlər. 2000-ci ildə AXCP parlament seçkilərində 7 deputat yeri əldə etsə də Kərimli xüsusi tapşırıqla parlamentə getməkdən imtina etdi. Sonra isə başqa bir tapşırıqla Milli Məclisə qayıtdı.

2001-ci ildə yenə tapşırıqla Floridanın Ki-Vest şəhərində Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlar ərəfəsində AXCP-nin Azərbaycan Qarabağın itirilməsi ilə barışmayacaq şüarı altında keçirəcəyi mitinqi təxirə saldı. O zaman Azərbaycana böyük təzyiq var idi ki, torpaqlarının itirilməsi ilə barışsın, indi Ukraynaya göstərilən təzyiq kimi.

2003-cü ilin prezident seçkilərində yenə də tapşırıqla AXC iqtidarında birgə təmsil olunduğu İsa Qəmbərin yox, Gəncə qiyamında iştirak etməkdə ittiham etdiyi Etibar Məmmədovun xeyrinə namizədliyini geri götürdü.

2013-cü ildə Moskvadan xüsusi missiya ilə göndərilmiş Rüstəm İbrahimbəyovun avantürasında əsas rollardan birini oynadı.

Xarici pasportu əlindən alınmamışdan öncə Bürüsselə etdiyi sonuncu səfərdə İlham Əliyev iqtidarının Ermənistanla sülhə təhlükə yaratdığını söylədi. "Azadlıq" qəzeti o zaman onun çıxışını dərc etmişdi və hətta xüsusi qeyd etmişdi ki, həmin çıxışı o, ingilis dilində edib. Demokratiya uğrunda mübarizə apardığını bəyan edən bir insan xalqın sosial inkişaf göstəricilərini, regional geosiyasi vəziyyəti nəzərə almalı və ona uyğun fəaliyyət göstərməlidir. Bu adam dəyərlər uğrunda mübarizə aparmayıb, hər zaman hakimiyyət və pul üçün çalışıb. Utanmadan deyir ki, Heydər Əliyev mənə vəzifə təklif etmişdi.

Əslində Elçibəy Bakını tərk edəndən sonra Heydər Əliyevin yanına gedib Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş etdi. Amma Heydər Əliyev demişdi ki, o, bunu Surət Hüseynovla razılaşdırmalıdır. Kərimli də bunun mümkünsüzlüyünü anlayıb mənimlə Naxçıvana, ordan da Türkiyəyə getdi. Türkiyədən Kələkiyə, oradan isə iqtidarla anlaşandan sonra Bakıya qayıtdı.

İqtidar bilir ki, onun həbsinə görə Qərbin müəyyən dairələrinin təzyiqləri ilə üzləşəcək, amma görünür, gələcəkdə kimlərinsə ondan yenə də pozuculuq məqsədilə istifadə etməsinin qarşısını almaq üçün siyasi məqsədəuyğunluğu bir kənara qoyub, onun barəsində həbs qərarı seçib.

- Siz hesab edirsiniz ki, onu həbsi siyasi baxımdan məqsədəuyğun deyil?..

- Mətbuatın yazdıqlarına inansaq, bu cinayət hadisəsi barədə məlumatı bizə Rusiya ötürüb. O zaman bir çoxlarında sual yaranır: Rusiya bunu niyə etsin? Axı, Kərimli ən azı Moskvadan göndərilmiş Rüstəm İbrahimbəyovla birlikdə Milli Şuranı yaratmışdı. Burada bir çox faktorlar rol oynaya bilər.

Əvvəla, dövlət maraqları tələb edəndə Azərbaycanın tələbi ilə Rusiya vaxtilə Rəhim Qazıyevi də, Surət Hüseynovu da tutub Azərbaycana təhvil vermişdi. Rusiya Azərbaycanla münasibətlərindəki müəyyən gərginliyin olduğu bir məqamda müttəfiqlik münasibətlərinə sadiqliyini nümayiş etdirmək üçün bunu edə bilər.

Başqa bir misal da çəkim, fikirləşin və müqayisə aparın. Putinə çox yaxın adam olan milyarder Ruben Vardanyanı Rusiya niyə Qarabağdan çıxarmadı və o, həbs olundu? Mənə görə düşündülər ki, bununla onun Rusiyayönümlü siyasətçi imici dağılar, bir müddət həbsdə yatar, əzabkeş obrazı yaranar, yekun sülh sazişi imzalanandan sonra azadlığa buraxılar, bundan sonra Ermənistana qəhrəman kimi qayıdıb Baş nazir olmağa əsas namizəd olar.

Rusiya onu da nəzərə ala bilər ki, Kərimlini həbs etməklə Azərbaycanın Rusiya ilə müharibə vəziyyətində olan Qərb ölkələri ilə münasibətləri yumşaltması çətinləşər. Başqa motivlər də ola bilər.

- Qüdrət bəy, bu hakimiyyətin naziri olmuş Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsi yaratmış Cəmil Həsənli Əli Kərimli saxlanılandan sonra onun hüquqlarını müdafiə etmək əvəzinə xaricə getmək istəyərkən ölkədən buraxılmadı. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Görünür, Fərhad Əliyev həm səxavətli olub, həm də Həsənli onu müdafiə edərkən özünə təhlükə hiss etməyib. İndi isə düşünür ki, narahat olmağına dəyər. O da Əli Kərimlinin başqa bir formasıdır. Mütəllibovun zamanından həmişə hakimiyyətdə olanlarla işləyib. Bir vaxt AMİP-dən imtina etmişdi, deputat mandatına görə də AXCP-dən, Əli Kərimlinin müavinliyindən imtina etdi, deputat olduğu dönəmdə bugünkü iqtidarın sevimlisi idi.

Övladının toy məclisində iştirak edənlərin 80%-i YAP-ın rəhbər şəxsləri idi. Prezident Administrasiyasında da elm komissiyasının üzvü təyin olunmuşdu, iqtidar nümayəndələrinin sifarişi ilə iqtidarı öyən kitablar yazırdı, Heydər Əliyevin məzarını ziyarət edirdi və sair. Sonra deputat seçilmədi və Rüstəm İbrahimbəyov, yaxud kimsə qulağına nə pıçıldadısa, tam dəyişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see167

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see141

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see140

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see138

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see134

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see127

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see127

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see126

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see124

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see124

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri