Icma.az
close
up
RU
Əli Kərimli kimin yanındadır və ya prinsipsizlik sindromu

Əli Kərimli kimin yanındadır və ya prinsipsizlik sindromu

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada soydaşlarımıza qarşı törədilən zorakılıq, həbslər və qətllər siyasi mövqeyindən asılı olmayaraq, bütün azərbaycanlılardan bu hadisələrə eyni yanaşma tələb edir. 

Bu gün Rusiyadakı azərbaycanlılar müdafiə olunmasa, sabah imperiyanın Azərbaycana yönəlik təzyiqlərinin qarşısını almaq çətin ola bilər. Yəni bu gün Yekaterinburqda, Mosvada, yaxud Voronejdə yaşamasından, işləməsindən asılı olmayaraq, hər bir azərbaycanlının hüquqlarını müdafiə etmək milli məsələyə çevrilib. 

Milli məsələdə isə müxalifətçilik olmaz. Çünki millətin mənafeyinə qarşı müxalif çıxmaq rəqibin, düşmənin yanında yer almaq deməkdir. Lakin AXCP sədri Əli Kərimli heç vaxt bu prinsipə əməl etməyib. Əl Kərimli siyasi ənənəsinə sadiq qalaraq bu dəfə də millətin mənafeyinə qarşı alternativ siyasi cəbhə qurmağa cəhd edir. 

Təbii ki, bu da növbəti uğursuz cəhddir. O, Rusiyada azərbaycanlılara qarşı baş verən hücumları pisləmək əvəzinə, bu dəfə də baş vermiş hadisələrdən öz siyasi maraqları naminə istifadəyə çalışır. Bu isə prinsipiallıq deyil, prinsipsizlikdir. 

Azərbaycana qarşı təzyiqlərin səbəbi də, iştirakçıları da məlumdur. Son günlər Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının vasitəçilərsiz aparılması, Zəngəzur dəhlizi üçün real diplomatik imkanların yaranması ABŞ Konqresindəki, Fransa Milli Assambleyasındakı erməni havadarlarını və Kremlin divarlarını da əməlli-başlı silkələyib. 

Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın iyulun 10-da Əbu-Dabidə keçirilən görüşü sanki Azərbaycana gerçək dost və düşmən münasibət göstərən ölkələri müəyyənləşdirmək imkanı yaratdı. Regionda sülhün bərqərar olmasını, Zəngəzur dəhlizinin açılmasını təklif edən qüvvələrlə bunu istəməyənlər üz-üzə dayandı. 

Maraqlıdır, Rusiyanı tənqid etməkdənsə, Azərbaycan dövlətinə qarşı siyasi böhtanlar və iftiralar yağdıran Əli Kərimli kimin yanındadır?  Azərbaycanlıları döyüb, öldürüb, Rusiyadan qovanların? Yoxsa erməniləri Qarabağa qaytarmağı, separatçıları həbsdən azad edilməsini, Zəngəzur dəhlizini açmamağı tələb edənlərin? 

Uzun illər davam edən səylərdən sonra rəsmi Bakı Azərbaycan əleyhinə informasiya cəbhəsini yararaq ön mövqelərə çıxıb. Qlobal Media Forumları vasitəsilə Azərbaycanın təbliğatını dünya ölkələrinə daha real və birbaşa çatdırılmaq imkanı qazanılıb. 

Dünyada anti-Azərbaycan rəyinin dəyişdiyi bir vaxtda Əli Kərimlinin ucuz sensassiya xatirinə siyasi populizmə əl atması düşmən dəyirmanına su tökməkdir. Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasını əmr verən və iştirakçı olduğunu sübut edən faktlar o qədər aşkardır ki, Rusiyanın hakimiyyət orqanlarının susmaqdan başqa çarəsi qalmayıb. Günahsız azərbaycanlıların qatilləri müəyyən olunub. 

Cinayətkarların cəzalandırılmasını tələb etmək üçün siyasi baxışından, kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı öz dövlətinin yanında dayanmalıdır. 44 günlük müharibə də, 2023-cü ildə keçirilən antiterror əməliyyatı da sübut etdi ki, yalnız xalq və dövlətin vəhdəti olanda ölkəni kənar təhlükələrdən xilas etmək mümkün olur. 

Əli Kərimli isə müxalifətçilik missiyasını milli maraqları şəxsi mənafeyə qurban verməkdə görür. Siyasi qazanc götürmək üçün Əli Kərimli ABŞ-dəki erməni lobbisi ilə də, Azərbaycana düşmən kəsilmiş Makron hakimiyyəti ilə də, hətta bu gün hər bir azərbaycanlıya nifrət hissi ilə yanaşan Rusiya şovinistləri ilə də əməkdaşlığa hazırdır. 

Süleyman
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli kreml Yekaterinburq Moskva "5-ci kolon

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri