Əli Kərimli və Məmməd İbrahimin şikayətləri təmin edilmədi
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətlərinə baxılıb.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayətlər təmin edilməyib.
Qeyd edək ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il 9 fevralda isə onların barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslərə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Fevral 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















