Icma.az
close
up
RU
Əli Kərimlinin çıxışlarının arxasında 5 ci kolon dayanır

Əli Kərimlinin çıxışlarının arxasında 5 ci kolon dayanır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“AXCP sədri Əli Kərimli və ona yaxın olan media qurumlarının əsas hədəflərindən, məqsədlərindən biri Azərbaycan polisini gözdən salmaqdır. Onlar az qala, hər gün polisin fəaliyyətini tənqid edən açıqlamalar verir, məqalələr, videolar hazırlayıraq özlərinə aid sosial şəbəkə hesablarında yayımlayırlar. Əlbətdə ki, məqsədli şəkildə. Bu yolla güc strukturlarına qarşı ictimai etimadsızlıq yaratmaq və ölkədəki sabitliyi zəiflətmək istəyirlər. Nəticədə özlərinə lazım olan şəraiti – xaos mühitini yaratmaq niyyəti güdürlər. Suyu bulandırıb balıq tutmaq sevdasında olan bu qüvvələr xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı əlaltıları olan “5-ci kolon”nun sifarişlərini yerinə yetirirlər. Konkret olaraq, “Əli Kərimlinin çıxışlarında Azərbaycan polisini ittiham etməsinin arxasında 5-ci kolon dayanır”. 

Bunu Modern.az-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, AXCP sədri Əli Kərimli guya ölkədə demokratiyanın olmamasını bəhanə gətirərək kütləvi aksiya keçirmək qərarı verib:

“Ölkəmizdə qanunun aliliyi təmin edilir, vətəndaşların sərbəst toplaşmaq, ifadə azadlıqlarına hörmətlə yanaşılır. Heç kəs öz fikirini ifadə etdiyi üçün təqiblərə, təzyiqlərə məruz qalmır. Təəssüf ki, bəzi qüvvələr yaradılan bu demokratik şəraitdən sui-istifadə edir. Məsələn, AXCP sədri öz tələbini irəli sürmək əvəzinə, dövlətə zərbə vurmaq üçün Azərbaycan polisini şərləmək, gözdən salmaqla məşğuldur. Güc strukturlarımız, xüsusi ilə də polis əməkdaşları dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyi naminə gecə-gündüz yorulmadan çalışır, cinayətkarlığa qarşı mübarizə aparırlar. Əli Kərimli bunu yaxşı bilir. Onlar polisə qarşı xalqımızın artan sevgisindən, inamından narahatdırlar. Bu inamı zədələmək üçün xaricdən verilən sifarişə uyğun olaraq xüsusi ssenari ilə hərəkətə keçiblər. Xaricdə oturub Azərbaycan xalqını, dövlətini, onun görkəmli xadimlərini təhqir edən söyüş müxalifətinə qarşı Respublika Prokurorluğu tərəfindən cinayət işi açılandan sonra dövlətimizə qarşı kampaniya daha geniş vüsət alıb. Çox təssüf ki, özünü müxalifət lideri adlandıran bəzi şəxslər bu cür çirkin ssenarilərdə yer alırlar, xarici qüvvələrin maraqlarına uyğun açıqlamalar verir, addımlar atırlar”.

R.Alıyev qeyd etdi ki, Azərbaycan polisinə qarşı aparılan çirkin kampaniya heç bir nəticə verməyəcək: “Hüquq-mühafizə orqanları öz fəaliyyətləri ilə, uğurlu nəticələrlə xalqın inamını, sevgisini qazanıblar. Kimlərinsə açıqlaması ilə xalqın polisə olan inamını sarsıtmaq mümkün olmayacaq. Azərbaycan xalqı 2003-cü ilin oktyabr hadisələrindən başlayaraq polisinin qüdrətinə, qətiyyətinə və nəyə qadir olmasına şahiddir. İndi özlərini sosial şəbəkə “qəhramanları” kimi təqdim edən Əli Kərimli və onun həmkarları o, zaman dövlət çevrilişinə cəhd edəndə onların qarşısını məhs elə polis əməkdaşları alıb dövlətimizin sarsılmaslna imkan vermədi. Yenə də Milli şura adlanan dərnəyin keçirmək istədiyi aksiyada da məqsəd dövlətçiliyə zərbə vurmaq və polisi təxribata çəkməkdir. Düşünürəm ki, onların tələbləri yerinə yetirilməyəcəyi təqdirdə polislə qarşıdurma yaradacaqlar, iğtişaşlar törədəcəklər. Videolar hazırlayıb sosial şəbəkədə yayacaqlar və xaricdəki ağalarına hesabat verəcəklər. Qanunu pozduğu üçün saxlanılan, həbs edilən şəxslərdən “siyasi məhbus” düzəldəcəklər, onların Avropada sığınacaq almasına çalışacaqlar, xaricdən qrantlar alacaqlar. Həmçinin çalışacaqlar ki, beynəlxalq təşkilatları Azərbaycan hökumətinə qarşı qaldırsınlar, ölkədə insan haqlarının vəziyyətini uzun müddət gündəmdə saxlasınlar. Əsas ssenari bundan ibarətdir. Çünki biz öncədən bunları Əli Kərimlinin bu günlərdə sosial şəbəkə hesablarında veridiyi açıqlamalarından sezə bilirik. O, verdiyi müsahibələrdə mitinqə çağırışlar edərkən Azərbaycan dövlətinə və polisinə qarşı şər-böhtan xaraketrli bəyanatlar səsləndirərək guya onun ətrafında olan mühafizəçisinin və sürücüsünün qanunsuz şəkildə həbs etdildiyini bildirmiş və bununlada dövlətimizin və polis orqanlarının imicinə zərər vurmağa çalışmışdır.

Bütün hallarda polis qanunsuz aksiyaların, fəaliyyətlərin qarşısını alacaqdır. Dünyanın hər yerində bu belədir. Hesab edirəm ki, Azərbaycan polisi ayıq-sayıq olmalı, radikalların təxribatına uymamalıdır. Biz bilirik ki, bu aksiyalarda AXCP sədri Əli Kərimli şəxsən iştirak etmir. İştirak edən şirin vədlərə aldanan gənclərin isə məqsədləri Avropadan siyası sığınacaq əldə etmək üçün lazım olan görüntüləri əldə etməkdir. Bu mənada aksiyalarda iştirakçılardan çox “jurnalistlərin”, fotoqrafların olması təsadüfi deyil. Ortada külli miqdarda qrantların, vəsaitlərin dövr etdiyi siyasi məhbus alveri mövcuddur. Biz bilirik ki, xarici ölkələrdən sığınacaq almaq üçün ilk növbədə sənin müxalifətçi olmağın, qanunsuz aksiyalarda iştirak edib həbs edilməyin və bu zaman görüntülərinin çəkilməsi lazımdır.  

Mən xatırlayıram pondemiya dövründə və Vətən müharibəsi zamanı da “5-ci kolon” iş başında idi. İstər Yasamalda baş verən təxribat və polislərimizə qarşı aparılan çirkin planlar, istərsə də Gədəbəydə və İmişlidə baş verən təxribatlardan şou yaradan Əli Kərimli və onun komandası idi. Əlbətdə ki, biz bunları çox yaxşı bilirik və zamanında cavablarını da vermişik, onlar yalnız sosial şəbəkə “qəhramanları” ola bilər. Onların əməllərinindən Azərbaycan xalqı agahdır. Son aylar əbəs yerə onlar öz sosial şəbəkə hesablarında polisə və digər hüquq-mühafizə orqanlarına qarşı çirkin planlar aparmırlar. Məqsədli şəkildə, sanki qrant layihəsi olaraq çirkin əməllərini həyata keçirirlər.

Siyasətin əfifbasından belə xəbəri olmayan təcrübəsiz insanlardan bu yolla “siyasi məhbus” düzəldirlər. Belələri Avropaya gedəndən sonra başlayırlar dövlətimizi və hakimiyyətdə təmsil olunanları təhqir etməyə. Bu gün Avropada oturub Azərbaycan xalqını, onun görkəmli ictimai-siyasi xadimlərini söyən tərbiyyəsiz şəxslər radikal müxalifətin əsəridir. Onların hamısı indiki radikal müxalifətin məktəbinin məzunlarıdır və söyüş söyməyi də öz liderlərindən öyrəniblər. Azərbaycan siyasətinə söyüşü, təhqiri gətirənlər öz vicdanları qarşısında cavab verməli olacaqlar. Onlar Azərbaycan dövlətinə, polisinə, xalqına atdığı ləkəyə, iftiraya görə sadəcə xəcalət çəkməli, utanmalıdırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri