Əli Kərimlinin həbs müddəti uzadıldı 5 ay
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib.
Qərara əsasən, Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb.
Qeyd edək ki, Ə.Kərimli Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.
Hazırda bütün cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) genişmiqyaslı ibtidai istintaq hərəkətləri aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















