Icma.az
close
up
RU
Əli Kərimlinin ikili partizanlığı Mehdiyev işi ndə AXCP epizodu

Əli Kərimlinin ikili partizanlığı Mehdiyev işi ndə AXCP epizodu

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb. Bunun səbəbi normalda onun "siyasi ölüm"ü sayılmalıdır.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, axtarışın sabiq PA rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin işi ilə əlaqədar araşdırmalar çərçivəsində olması dəqiqləşib.

Hələlik o, saxlanılmayıb, bundan sonra hansı addım atılacağına, nə kimi hüquqi tədbirlər görüləcəyinə isə təbii ki, müvafiq güc strukturları qərar verəcək.

Axtarışın səbəbi bilinəndən sonra əslində onun həbs olunub-olunmayacağı məsələsi artıq mövzu olmaqdan çıxmış sayılmalıdır.

Yəni bu ifşanın ardınca həbs Əli Kərimli üçün ən yüngül cəza olardı. Axı o, özünü xalqa aydan arı, sudan duru, korrupsiya "düşməni" kimi təqdim edirdi?!

İndi isə saytlar yazır: "Ramiz Mehdiyev işi" ilə əlaqədar Əli Kərimlinin evində axtarış aparılıb". Özünə "müxalifət", "demokrat" deyən adam üçün bundan böyük nə biabırçılıq olsun?!

Bu həmin Ramiz Mehdiyevdir ki, korrupsionerdir, talançıdır, dövlətə, xalqa qarşı böyük pislikləri etməyə çalışıb.

Və məlum olur ki, həmin Mehdiyevin "siyasi teatrında" Əli Kərimli əsas rol alanlardan biridir.

Kərimlinin dövləti içəridən gəmirmək istəyən dairələrlə işbirliyində olmasına dair azı 20 ildir söz-söhbətlər, müzakirələr aparılırdı.

Xüsusilə 2005-ci ilin parlament seçkiləri ərəfəsində Qərbdəki ermənipərəst dairələrdən yönəldilən "narıncı inqilab" utopiyasında AXCP sədrinin həmçinin, hansısa administrativ təlimlər üzrə hərəkət etdiyi də elə bir çox müxalifətçilər tərəfindən etiraf edilib, buna dair xeyli iddialar, fakt kimi görünən fikirlər söylənilib...

Növbəti dəfə 2013-cü ilin prezident seçkiləri ərəfəsində radikal müxalifətin, "Milyarderlər İttifaqı"nın, ardınca Əli Kərimlinin monopoliyasında olan "Milli Şura"nın dövlətimizə qarşı xaricdən yön alan xain proyektlərdə yer alması da sirr deyil.

Bu məqamda bir diqqətçəkən məqam üzrə haşiyə çıxaq:

Əli Kərimli daim özünü Qərbin adamı kimi tanıtmağa çalışıb. Bu üzdən bəzi adamlarda sual yarana bilər ki, onun Rusiyanın adamı Ramiz Mehdiyevlə işbirliyi necə formalaşıb?

Çox sadə: Kərimli publikanı aldatmaqda "mahir"dir. Reallıqda isə o, istər Qərbdən, istər Şimaldan, istərsə də digər qütbdən yönəldilən və Azərbaycan dövlətinə, iqtidarına qarşı olan xain proyektlərdə yer alıb.

Məsələn, 2005-ci ildə pullar Qərbdən gəlirdisə, avropalıların qrantları ilə çaxnaşma cəhdi edirdilərsə, 2013-cü ildə isə Rusiyadan gələn vəsaitlərlə hərəkət edirdilər. Fiaskoya uğramış "Milyarderlər İttifaqı", onun "varisi" "Milli Şura" Rusiyadakı məkrli dairələr tərəfindən yönəldilirdi.

Kərimliyə Rusiyadan pullar ötürülməsi faktlarla, məhkəmə qərarı ilə təsdiqini tapmış məsələdir.

Bütün qeyd edilənlərdən sonra Əli Kərimli üçün hər hansı bir milli ideologiyanın mövcud olmadığına şübhə qalırmı?

Ramiz Mehdiyev kimi onun üçün də yalnız öz korporativ maraqları, pul toplamaq, bu məqsədlə dövlətə qarşı xain proyektlərdə iştirak həyat ritminə çevrilib. Sosial şəbəkələrdə isə pərdələnərək, xalqı aldatmaqla məşğul olub.

Mehdiyevin Əli Kərimli ilə "məxfi" əlaqələri nə zamandan başlayıb dəqiq demək mümkün deyil. Amma 2000-ci ildən 2021-ci ilədək - Mehdiyevin "boz kardinal"lığı dövründə Əli Kərimlinin xüsusi bir çətir altında olması diqqətdən yayına bilməz. O, faktiki olaraq, tamaşada deyildiyi kimi "Fatı qalx, Fatı otur" fəaliyyəti ilə məşğul olub.

Ramiz Ənvəroviçin və özünün "mədə maraqları" naminə neçə-neçə gənci də aldadaraq həyatlarına zəhər qatıblar...

İndi isə elə Mehdiyevlə birlikdə ifşa prosesi yaşayır.

R.Mehdiyevin hazırladığı "dövlət çevrilişi" planı ilə bağlı Rusiyaya göndərdiyi "təklif-dəstək məktubu" üzə çıxandan sonra cəmiyyətdə, sosial şəbəkələrdə "boz kardinal"ın 50 nəfərdən ibarət "Dövlət Şurası"nı kimlərdən ibarət formalaşdıracağı haqda kifayət qədər danışıldı.

"Şura"da yer alacaq şəxslərdən birinin də Əli Kərimli olması haqda digərləri ilə yanaşı, keçmiş cəbhəçilər özləri də açıqlamalar verdilər.

Kərimli bir müddət sanki heç nə olmamış, eşitmirmiş, görmürmüş kimi davrandı, amma susqunluğu çox çəkmədi. Sosial şəbəkədə "mələk qanadları"nı taxıb Ramiz Mehdiyevə sevgisi yox, nifrəti olduğunu inandırmağa çalışırdı.

Təbiidir, açıb deyəsi deyildi ki, "boz kardinal"la eyni "dəyərləri", "sədaqəti", maraqları bölüşürdük, onun adamı olmuşam...

Ancaq şübhəsiz ki, dövlət hər şeyi görən, bilən və tam məqamı yetişəndə - nə tez, nə gec - tədbir görəndir.

Mehdiyev-Kərimli işbirliyinin detallarını, bu komandanda daha kimlərin yer aldığını, müştərək hansı oyunları həyata keçirdiklərini isə hüquq-mühafizə orqanları ortaya qoyacaq və qoymaqdadır. Necə deyərlər, seyrə davam.

Faktiki bu adamlar ölkənin siyasi mühitinin çirkabı, üfunət qoxuyan bataqlığıdır. Mütləq təmizlənməlidir siyasi arena. Siyasətlə də mütləq əxlaqlı, oyunbaz olmayan adamlar məşğul olmalıdır.

Mehdiyev, Kərimli kimiləri bu ölkənin inkişafına hansı zərbələri vurublar, hansı mənəvi aşınmaları həyata keçiriblər, onu hesablamaq belə mümkün deyil.

Bu ifşadan sonra Kərimlinin görəsən, sosial şəbəkədə, ictimaiyyətdə insanların gözünə görünməyə üzü olacaqmı?!

Abırlı adam bundan sonra ömrünün sonuna kimi həbsxanada təkadamlıq kamerada qalmağı özü seçərdi...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri