AZƏRTAC ilə “Sinxua” təcrübə mübadiləsini genişləndirəcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Pekin, 8 noyabr, AZƏRTAC
AZƏRTAC ilə Çinin milli xəbər agentliyi olan “Sinxua” təcrübə mübadiləsini genişləndirəcək.
Pekində AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Sinxuanın baş redaktoru Lyu Yanson ilə görüşündə agentliklər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı 95 illik yubileyi münasibətilə “Sinxua” agentliyinə AZƏRTAC-ın kollektivinin təbrikləri çatdırılıb, Pekində keçirilən 7-ci Dünya Media Sammitinin yüksək səviyyədə təşkil edildiyi və onun qlobal media əlaqələrinin gücləndirilməsində mühüm əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması digər sahələrdə olduğu kimi media sahəsində də əlaqələrin inkişaf etdirilməsinə imkan yaradıb. Bu məsələyə iki ölkənin milli xəbər agentliklərinin böyük töhfə verdiyi vurğulanıb. AZƏRTAC və “Sinxua” arasında son illər əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə olunub.
Tərəflər təcrübə və xəbər mübadiləsinin daha da aktivləşdirilməsi, beynəlxalq platformalarda tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edib, ortaq tədbirlərin iki ölkə və xalq arasında münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 Noyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















