Icma.az
close
up
RU
Əli Laricani kimdir? ABŞ a “unudulmaz dərs” vəd etmişdi, öldü YENİLƏNİB

Əli Laricani kimdir? ABŞ a “unudulmaz dərs” vəd etmişdi, öldü YENİLƏNİB

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Katz "Kanal 12" telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.

***

3 mart, saat 13:47

Onilliklər boyu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəsinin siyasi sisteminin sakit və praqmatik siması kimi tanınıb. Özü də necə? XVIII əsr alman filosofu İmmanuel Kant haqqında kitablar yazan və Qərblə nüvə danışıqları aparan siyasətçi kimi.

Lent.az-ın əməkdaşı bu yazıda AlJazeera və dünyanın bir çox tanınmış agentliklərinə istinadən Əli Laricani barəsində çox diqqət çəkən məlumatları təqdim edir:

ABŞ-la sərt üslubda danışan katibin martın 1-dən isə 67 yaşlı Ali Milli Təhlükəsizlik Şurasının katibinin tonu kəskin şəkildə dəyişdi.

ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei və İran İnqilab Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpurun öldürülməsindən cəmi 24 saat sonra dövlət televiziyasında çıxış edən Laricani sərt mesaj verdi.

O, sosial şəbəkədə yazdı: “Amerika və sionist rejim (İsraili nəzərdə tutur) İran xalqının qəlbini alovlandırıb. Biz onların qəlbini yandıracağıq. Sionist cinayətkarları və həyasız amerikalıları etdiklərinə görə peşman edəcəyik.”

O, əlavə edib: “İranın cəsur əsgərləri və böyük xalqı beynəlxalq zülmkar qüvvələrə unudulmaz dərs verəcək.”

ABŞ Prezidenti Donald Trampı “İsrail tələsinə düşməkdə” ittiham edən Laricani 1979-cu ildən bəri İranın üzləşdiyi ən böyük böhran fonunda Tehranın reaksiyasının mərkəzində dayanır.

Xameneinin ölümündən sonra ölkəni idarə edən üç nəfərlik keçid şurası ilə yanaşı onun da mühüm rol oynaması gözlənilir.

Bəs İsrail və ABŞ-la müharibə davam edərkən İranın təhlükəsizlik strategiyasına rəhbərlik edən bu şəxs kimdir?

İranın “Kennediləri”

3 iyun 1958-ci ildə İraqın Nəcəf şəhərində Amoldan olan, varlı ailədə dünyaya gələn Laricani o qədər nüfuzlu bir nəslə mənsubdur ki, “Time” jurnalı 2009-cu ildə onları “İranın Kennediləri” adlandırmışdı.

Onun atası Mirzə Haşem Amoli tanınmış dini alim idi. Laricani kimi onun qardaşları da İranın ən güclü strukturlarında – məhkəmə sistemi və Ali Rəhbəri seçmək və nəzarətdə saxlamaq səlahiyyətinə malik Ekspertlər Məclisində – yüksək vəzifələr tutublar.

Laricaninin 1979-cu il inqilabından sonrakı elita ilə şəxsi bağları da var. O, 20 yaşında olarkən İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin yaxın silahdaşı Murtəza Mütəhhərinin qızı Fəridə Mütəhhəri ilə evlənib.

Ailəsinin mühafizəkar dini köklərinə baxmayaraq, övladlarının yolu daha müxtəlif olub. Qızı Fatimə Tehran Universitetinin tibb fakültəsini bitirib və ABŞ-ın Ohayo ştatındakı Cleveland State Universitetində ixtisaslaşıb.

Riyaziyyatçı filosof

Bir çox həmkarlarından fərqli olaraq, Laricani yalnız dini təhsil almamış, dünyəvi akademik təhsilə də sahibdir.

1979-cu ildə Şərif Texnologiya Universitetində riyaziyyat və kompüter elmləri üzrə bakalavr dərəcəsi alıb. Daha sonra Tehran Universitetində Qərb fəlsəfəsi üzrə magistr və doktorluq dərəcələri əldə edib, dissertasiyasını Kant mövzusunda yazıb. Lakin onun karyerasının əsas mərkəzi siyasi vəzifələr olub.

1979-cu il inqilabından sonra 1980-ci illərin əvvəllərində İnqilab Keşikçiləri Korpusuna qoşulub. Daha sonra dövlət strukturlarına keçərək 1994–1997-ci illərdə Prezident Əkbər Haşimi Rəfsəncani dövründə mədəniyyət naziri, 1994–2004-cü illərdə isə dövlət televiziyası və radiosunun (IRIB) rəhbəri olub. IRIB-də çalışdığı dövrdə sərt siyasətlərinə görə islahatçılar tərəfindən tənqid olunub; onlar bu siyasətlərin gəncləri xarici mediaya yönəltdiyini iddia edirdilər.

2008–2020-ci illərdə ardıcıl üç müddət parlamentin (Məclis) sədri olub və daxili və xarici siyasətin formalaşmasında mühüm rol oynayıb.

Təhlükəsizlik sahəsinə dönüş

Laricani 2005-ci ildə mühafizəkar namizəd kimi prezidentliyə namizədliyini irəli sürsə də, ikinci tura keçə bilməyib. Həmin il o, Ali Milli Təhlükəsizlik Şurasının katibi və ölkənin baş nüvə danışıqları aparıcısı təyin olunub.

2007-ci ildə Prezident Mahmud Əhmədinejadın nüvə siyasəti ilə fikir ayrılıqları səbəbindən bu vəzifələrdən istefa verib.

2008-ci ildə Qum şəhərini təmsil edərək parlamentə daxil olub və spiker seçilib. Bu mövqe ona nüfuzunu artırmağa imkan verib və o, 2015-ci ildə İranla dünya gücləri arasında imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) parlamentdə təsdiqlənməsində mühüm rol oynayıb.

2020-ci ildə parlament sədri və deputat vəzifələrindən ayrıldıqdan sonra 2021-ci ildə yenidən prezidentliyə namizəd olmaq istəsə də, namizədliyi Qəyyumlar Şurası tərəfindən rədd edilib. 2024-cü ildə də eyni aqibətlə üzləşib.

Şura rədd qərarının səbəbini açıqlamasa da, analitiklər 2021-ci il qərarını sərt xətt tərəfdarı İbrahim Rəisinin yolunu açmaq üçün atılmış addım kimi qiymətləndiriblər. Laricani 2024-cü il qərarını “qeyri-şəffaf” adlandırıb.

Lakin 2025-ci ilin avqustunda Prezident Məsud Pezeşkian tərəfindən yenidən Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunaraq nüfuzlu mövqeyə qayıdıb.

Bu vəzifəyə qayıtdıqdan sonra mövqeyi sərtləşib. 2025-ci ilin oktyabrında onun Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq sazişini ləğv etdiyi və agentliyin hesabatlarını “artıq təsirli deyil” adlandırdığı barədə xəbərlər yayılıb.

Müharibə şəraitində diplomatiya

Sərt mövqeyinə baxmayaraq, Laricani hələ də praqmatik fiqur kimi qiymətləndirilir və 2015-ci il nüvə sazişini dəstəkləməsi səbəbindən kompromisə meylli şəxs hesab olunur.

Hazırkı eskalasiyadan bir neçə həftə əvvəl onun ABŞ-la dolayı danışıqlarda iştirak etdiyi bildirilirdi.

Fevral ayında Oman vasitəçiliyi ilə keçirilən danışıqlarda o, Vaşinqtondan konkret təklif almadıqlarını bildirib və İsraili diplomatik prosesi pozaraq “müharibəni alovlandırmaqda” ittiham edib.

ABŞ və İsrailin hücumlarından əvvəl AlJazeera-ya verdiyi müsahibədə o, danışıqlara münasibətdə İranın mövqeyini “müsbət” adlandırmış və ABŞ-ın hərbi variantın səmərəli olmadığını başa düşdüyünü qeyd etmişdi. “Danışıqlara müraciət rasional yoldur,” demişdi.

Lakin fevralın 28-də başlayan hava zərbələri diplomatik imkanları demək olar ki, məhv edib.

Son çıxışında Laricani ölkə rəhbərliyinin Konstitusiyaya uyğun şəkildə formalaşdırılacağına dair planların mövcud olduğunu bildirib. O, ABŞ-a xəbərdarlıq edərək liderlərin öldürülməsinin İranı sabitsizləşdirəcəyini düşünməyin yanlış olduğunu vurğulayıb.

“Biz regional ölkələrə hücum etməyi planlaşdırmırıq,” deyə o aydınlaşdırıb, “lakin ABŞ tərəfindən istifadə olunan hər bir bazanı hədəfə alırıq.”

Praqmatik ton hələlik arxa plana keçib. Laricani yeni danışıqlar istədiyi barədə məlumatları təkzib edərək bildirib ki, İran Vaşinqtonla “danışıq aparmayacaq”.

Xameneinin ölümündən sonra və region uçurumun kənarında olarkən Laricani ABŞ və İsrailə qarşı “onların indiyə qədər görmədiyi güclə” cavab veriləcəyini vəd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Mart 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri