Icma.az
close
up
RU
Əli Məsimli: “Bayramlarda aztəminatlı təbəqəni düşünmək təkcə ticari yox,həm də mənəvi məsələdir”

Əli Məsimli: “Bayramlarda aztəminatlı təbəqəni düşünmək təkcə ticari yox,həm də mənəvi məsələdir”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bayramlarda aztəminatlı təbəqəni düşünmək təkcə ticari yox,həm də mənəvi məsələdir. Qiymət artımından yox,dövriyyədən daha çox qazanmaq olar. 

 Bu üsulla həm malsatanlar əlavə gəlir götürmək,həm də qiymət münasib olanda əhalinin aztəminatlı təbəqənin çox hissəsi bayram süfrəsi açmaq imkanı əldə edirlər”.

Gununsesi.info bildirir ki, bunu iqtisadçı deputat Əli Məsimli deyib.

Onun fikrincə,  ksər ölkələrdə daha çox qazanmaq üçün qiyməti artırıb dövriyədə itirmək yolundan yox,qiyməti aşağı salıb dövriyyədən qazanmaq yolunu seçirlər.

“Bəlkə qiymətləri davamlı olaraq qaldıranlar heç olmasa bayramdan-bayrama bu barədə də düşünsün…

Bu ilin əvvəllərindən havaların qarlı-şaxtalı keçməsi yenilqabağı qiymət artımlarınn üstünə əlavə qiymət artımları da gətirdi.Bir sıra mal,məhsul və xidmətlərin qiymətlərində artım davam etdi və həm də qiymətlər nəzərəçarpacaq dərəcədə artdı.Əgər rəsmi statistika 2024-cü ildə inflyasiyanın 2,2 faiz olduğunu göstərirdisə, 2025-ci ilin yanvar ayı 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz olduğu bildirilir.Bu artımın nisbətini göstərməkdən ötrü əlavə məlumat üçün qeyd edək ki,  rəsmi statistikaya görə,2024-cü ilin yanvar ayı 2023-сü ilin yanvar ayına nisbətən inflyasiya 1,7 faiz səviyyəsində müəyyən edilib. Ərzaq məhsullarınn qiymətlərində 5 faiz artım göstərilsə də,əslində gündəlik tələbat mal və məhsullarının qiymətləri daha sürətl artmaqda davam edir.Rəsmi statistikaya görə,bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın,sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın,portağalın,bananın, yerkökünün qiymətlərində müşahidə olunub.Belə yüksək qiymətlər hələ bir müddət,yəqin ki,mövsümü amillərin qiymət artımına əks təsiri başlayana qədər davam edəcək.Bundan əlavə Novruz Bayramı ərəfəsində bir sıra məhsulların qiymətləri daha da artacaq.Bu,əhalinin aztəminatlı təbəqəsi üçün əlavə xərclər yaradacaq və onların bayram süfrəsi aşmağı imkanlarını məhdudlaşdıracaq”.

Deputatın sözlərinə görə, bir sıra ölkələrdə bayramlar ərəfəsində qiymətlər xeyli aşağı salınır:

“Bizdə isə bayram ərəfələrində qiymətlər bir qayda olaraq daha da qaldırılır.İstisna kimi bir sıra mallara bayram endirimləri edilir.Məsələn, Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb. Fermerlər öz məhsullarını özləri birbaşa satışa çıxarır.Bu qiymətin müəyyən qədər aşağı olmasına şərait yaradır.Amma bu, bir sıra ölkələrdə olduğu kimi kütləvi xarakter daşımır.Bu cür endirimlər kütləvi surətdə əsas tələbat mal və məhsullarını tam və real tələbat fonunda geniş kəmiyyəydə əhatə eləmir.Həmin endirimlərin bir hissəsi real endirimdir.Real endirim edənlərə sayğılarımızı bildiririk.Amma dükan-bazarların çoxunda belə endirimlərin xeyli hissəsi alıcını çaşdırmaq və aldatmaq məqsədi,manupulyasiya xarakteri daşıyır.Yəni,məsələn,qiyməti ən çoxu 15-20 manat olan malın qiyməti əvvəlcə süni surətdə 50 manat elan edilir və sonra 30-40 faiz “şok endirim” reklamı ilə 15-20 manat əvəzinə 35-40 manata təklif edirlər.

Əziz bayramımız-NOVRUZ BAYRAMIna sayı günlər qalır.Bayramlarda aztəminatlı təbəqəni düşünmək sadəcə ticari yox,həm də mənəvi məsələdir.Amma biz bunu dedikdə sadəcə qiymətləri aşağı salıb əhaliyə güzəştlər edilməsini təklif etmirik.Heç bunu ummuruq da…Qiyməti davamlı olaraq artırmaqla məşğul olanlar bunu etmək istəsəydilər, bir sıra ölkələrdə artıq uzun illərin ənnənəsinə çevrilmiş bayramqabağı genişmiqyaslı həqiqi endirim kompaniyasını bizdə də çoxdan tətbiq edərdilər.Ona görə də təklif edirik ki,bir sıra ölkələrdə olduğu kimi bizdə də bayram ərəfələrində qiymətlərin aşağı salınması ənənəsini yaratmaq istiqamətində addımar atılmağa başlanılsın.Bu zaman mal satan əslində alıcıya heç də güzəşt eləmir… çünki qiyməti aşağı salıb, dövriyyəni genişləndirməklə qiymət artımı hesabına qazandığından daha çox qazana bilər.Bunu sadə bir hesablama əsasında izah etmək istərdik ki,mal satan satdığı mal və məhsulun 1 vahidini 10 manata satanda toplam 100 vahid satıb 1000 manat qazanırsa,qiyməti 12 manata qaldıranda,ödəniş qabiliyyətli tələb aşağı düşdüyündən, 100 vahid yox,60-70 vahid sata bildiyindən,nəticədə 1000 manat yox,720-840 manat qazana bilir.Qiyməti məhsulun hər varidinə görə 10 manatdan 8 manata endirdikdə isə malsatanlar dövriyyəni artıra və 100 vahid yox,140-150 vahid mal sata bilir və bu yolla 840 manat əvəzinə 1200 manat qazana bilər.

Əksər ölkələrdə daha çox qazanmaq üçün qiyməti artırıb dövriyədə itirmək yolundan yox,qiyməti aşağı salıb dövriyyədən qazanmaq yolunu seçirlər.Ona görə də biz mal satanlara qiymət artımından yox,dövriyyədən daha çox qazanmağın mümkün olması barədə çağırışı etmək istəyirik.Bu yolda malsatan qiymət endirimindən ziyana düşmür,əksinə əlavə qazang əldə edə bilir. Eyni zamanda həm də qiymət aztəminatlı təbəqənin ödəmə qabiliyyətinə münasib olanda əhalinin aztəminatlı təbəqəsinin çox hissəsi bayram süfrəsi açmaq imkanı əldə edirlər.Bax,buna görə deyirik ki,bayramlarda aztəminatlı təbəqəni düşünmək təkcə ticari yox,həm də mənəvi məsələdir.Bəlkə qiymətləri davamlı olaraq qaldıranlar heç olmasa bayramdan-bayrama bu barədə də düşünsünlər…”

Afət Abbasova 

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Mart 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri