Icma.az
close
up
RU
Əli Orucov: “Rusiya ABŞ arasında separatçı sövdələşmələrin aparılması mümkün deyil”

Əli Orucov: “Rusiya ABŞ arasında separatçı sövdələşmələrin aparılması mümkün deyil”

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Məlum olduğu kimi, bugünlərdə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir. O, “Teleqram” səhifəsində yazdığı məlumata görə, Ankarada görüş zamanı Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan danışıqlar üçün formatlar təklif edib və bu formatları dəstəkləyib. Ukrayna isə Türkiyənin bunun üçün platforma verməyə hazır olduğunu yüksək qiymətləndirir.

Zelenskinin sözlərinə görə, müharibəyə son qoymağa yalnız ABŞ Prezidenti Donald Trampın gücü çatır. Lakin KİV-in yazdığına görə, Vaşinqton administrasiyası Ukraynadakı münaqişənin həlli ilə bağlı hazırladığı yeni planın qəbuluna nail olmaq üçün Prezident Volodimir Zelenskiyə təzyiqi gücləndirir. Hətta mənbələrin məlumatına görə, Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması üçün 28 maddədən ibarət yeni plan hazırlayır və bununla bağlı Rusiya rəhbərliyi ilə gizli məsləhətləşmələr aparır.

Bildirilir ki, planın hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir və o, sənədi Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ətraflı müzakirə edib.

Mövzu ilə bağlı Hurriyyet.az-a danışan politoloq Əli Orucov bildirib ki, ABŞ prezidenti Donald Trampın dəfələrlə etdiyi cəhdlər uğursuzluğa düçar olub: “Amma bu, heç də o demək deyil ki, ABŞ ilə Rusiya arasında  diplomatik kanallar tamamilə bağlanıb. Bildiyiniz kimi, Tramp və Putin Alyaskada yüksək səviyyədə görüşdü və bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardılar, amma Putini yola gətirmək mümkün olmadı. Məlum olduğu kimi, Zelenski artıq İstanbuldadır və o, müharibənin həll edilməsi ilə bağlı yeni təkliflər paketi ilə gedib və özünün bildirdiyinə görə də bu həll yolunu müttəfiqləri ilə müzakirə etmək niyyətindədir. ABŞ-ın rəsmisi də Zelenski ilə görüşlərdə olacaq. Baxmayaraq ki, bu görüşdə Rusiyanı heç kim təmsil etməyəcək. Faktiki olaraq, bu təmaslardan Moskva imtina edir”.

Ə.Orucov vurğulayıb ki, Qərbin maraqları nəzərə alınmadan, onun təhlükəsizlik məsələlərinə təminat verilmədən Trampın təqdim edəcəyi hər hansı bir həll variantı uğursuz olacaq: “Çünki burada digər oyunçular da var. Artıq Rusiya-Ukrayna müharibəsi beynəlxalq xarakter alıb və birtərəfli qaydada Rusiya ilə ABŞ arasında hansısa separatçı sövdələşmələrin aparılması mümkün deyil. Doğrudur, ABŞ Rusiyanın resurslarına can atır. Onun üçün o qədər də önəmli deyil ki,  Ukraynanın ərazi bütövlüyü qorunsun, etibarlı təhlükəsizlik məsələləri təmin edilsin, eyni zamanda Qərbin təhlükəsizlik məsələləri tam həllini tapsın. Tramp üçün əsas variant ABŞ-ın maraqlarını tam qaydada həyata keçirmək və istəyinə nail olmaqdır. Amma bununla belə, təcrübə göstərdi ki, bu cür taktika işləmədi və Qərbin maraqları nəzərə alınmayan həll planı işləmədi və bu, tərəfləri qane etmədi. Ona görə, növbəti etapda da Trampın Putinlə gizli danışıqları, hansısa məsələ barədə ortaq məxrəclər tapması növbəti proseslərin inkişafına təsir göstərməyəcək. Çünki burada ilk növbədə, Kollektiv Qərbin iqtisadi-siyasi və digər maraqları nəzərə alınmır”.

Ə.Orucov onu da nəzərə çatdırıb ki, artıq müharibənin uzun sürməsi, tərəflərin də resurslarının getdikcə tükənməsinə gətirib çıxarır: “Tətbiq olunan sanksiyalar Rusiyanın müharibəni uzunmüddətli aparması imkanlarını məhdudlaşdırır. Hansısa güzəştlərin əldə edilməsi mümkün ola bilər. Ancaq yenə də vurğuladığımız kimi, burada Qərbin iştirakı mütləq olmalıdır, olacaq. Əgər bu, baş verməsə, müharibənin yaxın müddətdə durdurulması mümkün deyil”.

CAVİD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Noyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri