Icma.az
close
up
RU
ELİ ŞAD OĞUL

ELİ ŞAD OĞUL

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Söhbət yazıçı-jurnalist, Azərbaycan Silahlı Qüvvələrinin və təhlükəsizlik orqanlarının veteranı, Dövlət Təhlükəsizlik Xidmətinin Fəxri  əməkdaşı polkovnik Elşad Qoca oğlu İsayevdən gedir

İNAMINA ALQIŞ, AD QOYAN!...

Ulu ozanlardan bəri xalq yaradıcılığı qaynaqlarında adqoyma mərasimi ilə bağlı çox yazılıb, çox deyilib. Hətta Dədə Qorqudun səhv etdiyi haqda etirafları da dastan dilində yoğrula-yoğrula, el deyimində doğrula-doğrula günümüzə gəlib çatıb; -iynəyə tikən demədiyinə, tikana sökən demədiyinə, ayrana doyuran demədiyinə, gəlinə ayıran demədiyinə heyfsilənib Ozan Dədəmiz!

Adların mənası, məntiqi, dəyişdirilməsi insan var olduqca davam etmiş və edəcəkdir ki, zənnimcə, folklorşünaslıq nöqteyi-nəzərindən geniş mövzu hesab edilə bilər.  Bu mənada, “el” sözü ilə bağlanan adların qoyulmasında da bir uyğunluq tapmaq olar. Elşad, Elsevər, Elxan, Elyar...! Siyahını uzatmaq mümkündür, məntiq eyni olacaq. Dilimizin leksik qanunauyğunluğu ilə bəzi yanaşmalarda bu ad sahiblərini elin şad, sevilən oğlu, elin xanı, ağası və s. mənalarda başa düşmək də mümkündür. Bu tərz yanaşmada Allahyar, Tanrıverdi və bir sıra adlarda Yaradana münasibətdə yanlışlığa yol aça bilər, çünki islam dinində, o cümlədən müqəddəs kitabımızda kiminsə Allaha şərikliyi qəbul edilməzdi. Eini zamanda, yaxın tarixədək xalq adət-ənənəsində çox ciddi əhəmiyyət verilən və əsasən müdriklərin son qərarı ilə qəbul edilən adqoyma mərasiminlərini də şübhə altına salmış olarıq. 

Bu səbəbdən dilimizin qaydalarını pozmayan digər tərəfdən yanaşmanı doğru kimi qəbul etmək daha məntiqli sayılardı. “Şad”, “yar”, “verdi”, “xan”... sözlərini “el” birləşməsində mənsub kimi qəbul edərək məna yozumuna uyğunlaşdıra bilərik ki, yazıma da elə birincidən başlamaq istəyirəm, - Elşaddan, eli şad oğuldan! Və bu oğulun Qərbi Azərbaycan kökənli olmasından, Bakıda ali təhsil alıb, işləyib, yaşamasından asılı olmayaraq, tam məsuliyyətimlə deyə bilərəm ki, ona ad qoyanda bütöv azərbaycanlı kimi şad bir məmləkətin övladı olacağına inanıblar. İnanıblar ki, istedadı, zəhmətsevərliyi, bacarığı, vicdanı, bütövlükdə kamil insana məxsus müsbət keyfiyyətləri, ən əsası isə bu keyfiyyətləri Vətən, torpaq, millət və dövlət yolunda səmərəyə yönəltmək həvəsi qanına, canına hopacaq, o da azad diyarın, şad bir məmləkətin layiqli övladına çevriləcək. İnamına alqış, ad qoyan!

DOSTLUĞUMUZUN “SƏRHƏD”li və SƏRHƏDSİZLİYİ

...Yaş fərqimiz cəmi iki aydır. Anadan olduğumuz tarixləri üst-üstə toplayıb 1992-ci il oktyabrında  “Sərhəd” qəzeti ilə başlayan tanışlığımızla riyazi hesablama aparsaq, ömrümüzün tam yarısını sıx yaradıcılıq ünsiyyətində, dostluq və ailəvi yaxınlıq münasibətində keçirmişik.

İkimizi də torpaq dərdi, müstəqillik amalları birləşdirib, bu birləşmə istrdadlı vətənpərvər ziyalımız şair Ramiz Duyğun (10.02.1938-19.06.2025)  timsalında xeyirxah insanın o vaxt yeni yaranan “Sərhəd” qəzetini formalaşdırması ilə baş tutub. Hazırda ustadımız Ramiz müəllimin ildönümü ərəfəsində “Duyğunlu duyğular” kitabında da tam yaradıcılıq zəminində bir yerdəyik.

Elşad mənə nisbətdə insanlara daha açıq olub. Onun Qərbi Azərbaycan dərdi uzun illərdir köksündə yara bağlasa da, mən rayonlarımızın, doğulub, boya-başa çatdığım Zəngilanın ağrılarına, sonradan işğalına sakit yanaşa bilmirdim. Həmişə də dostları, ilk növbədə Elşad Qocanı yanımda görmüşəm. Şükür ki, sonradan sevincimizi də bölüşmək qismət olub!

Dərdli, sevincli, qayğılı vaxtlarımızda da yaradıcılığımızdan qalmamışıq. Elşad Azərbaycan Təhlükəsizlik Orqanlarının tarixini araşdırıb, maraqlı faktlar, tutarlı dəlil və sübutlar xalqımızın kçmişinin ən qaranlıq səhifələrinə aydınlıq gətirib. Yorulmadan, usanmadan çalışıb, kimlərinsə onun yaradıcılıq “boxçasından oğurluq etməsinə”, - istinadsız bəhrələnməsinə göz yumub, təvazökarlıqla “ümumi işimizin xeyrinədir” deyib. Müstəqillik dövrünün ilk miniatür kitablarından birinin müəllifidir, hər halda təhlükəsizlik sahəsində bu birinci nəşrdir. Elşad Qoca hazırda da yaradıcılıqla məşğuldur, kifayət qədər ciddi, yetərincə sanballı!!!

“SƏRHƏD” BİZİ YETİŞDİRDİ, BİZ SƏRHƏDİ QORUDUQ

Bu gün Dövlət Sərhəd Xidməti ölkəmizin ən peşəkar, intizamlı, döyüşkən güc strukturlarından biridir. Torpaqlarmızın yadelli işğalçılardan azad olunmasında bu qurumun xüsusi xidmətləri danılmazdır. 2021-ci ilin yanvarında doğma Zəngilana ilk səfərimdə də ata yurdumun azadlığı uğrunda həlak olmuş igidlərimizin məzarını ziyarət etmişəm və bunu öz mənəvi borcum sanmışam.

Yuxarıda erməni qəsbkarları əvəzinə yadelli işğalçılar sözünü təsadüfi işlətməmişəm. Çünki, Azərbaycandan ilk qovulan yadelli silahlı qüvvələr sırasında məhz sərhədçilər olmuşlar. Sərhəd bölgələrimizdə yerləşən zastavaların milliləşməsi prosesi Azərbaycanın müstəqilliyinin ən vacib və çətin dönəmlərindən idi. Və bu prosesdə sərhəd qoşunlarımızın ilk qəhrəmanları sırasında “Sərhəd” qəzeti əməkdaşlarının da rolu danılmazdır. Təlimata uyğun olaraq ezamiyyətə tabel silahı ilə bərabər, hərbi hissədən təyinat məntəqəsinə, yəni çox vaxt döyüş bölgəsində yerləşən zastavalara avtomat silahın da götürülməsi vacib sayılırdı. Çünki doxsanıncı illərin əvvəllərində təhlükəsiz zastava yox idi, - cənub və şimal qonşularımız da Azərbaycanın müstəqil sərhəd qoşunları olmasını arzulamırdılar, buna ən azı ermənilər qədər mane olmağa çalışırdılar. Müxbir əməkdaşların, o cümlədən Elşad Qocanın, o vaxt mayor  Elşad İsayevin ezamiyyə bölgələri Naxçıvan SD (Ordubad, Sədərək), Horadiz SD (Füzuli, Cəbrayıl, Zəngilan), Xaçmaz SD, Ağdərə, Qazax, Tovuz  və s. qaynar nöqtələr idi. Bu mənada, Elşad Qocanın xatirələri daha maraqlı mənbədir:

“...mənim müxtəlif bölgələrə, o cümlədən Qusar-Balakən, Gəncə-Qazax, Astara-Masallı, Bər­də-Tərtər, Bi­lə­su­var-Zəngilana ezamiyyət­lərim oldu. Onlarla yazılar yazdım. Naxçıvan Sər­həd Dəs­təsinə ezamiyyətim nəticəsində muxtar respublikanı başdan-aya­ğa gəz­­dim.”

Gərgin işini döyüş bölgəsində davam etdirən yurnalist-yazar dostumuz hələ də o qızğın səhnələr barədə sakit danışa bilmir:

“Ağdərə, Kasapet ətrafında gedən döyüşlər­dən maraqlı materiallar topladıq, eyni zamanda dövlət televiziyası üçün veriliş hazırladıq. “Sərhəd” qəzetində döyüş bölgəsindən dərc etdirdiyim silsilə yazılara görə Res­pub­li­ka Həmkarlar İttifaqının keçirdiyi müsabiqədə 3-cü mükafata layiq gö­rül­düm.”

Tale elə gətirib ki, müəllifdən sonra o materialların makinaya diktə olunmasında, sonradan maketə vurulmasında qəzetin məsul katibi kimi iştirak etmişəm. Deməli, bu yazıların ilk oxucularından biriyəm. Elşad Qocanın işgüzarlığına, operativliyinə, yazıları diktə etdikcə dərhal redaktə aparmaq bacarığına heyran qalırdım. Və o biri həmkarlarım inciməzlər, həftəlik bir qəzetin məsul katibi kimi Elşad əsil xilaskarım idi. İlk illərdə qəzetə material qıtlığı yaranan kimi ona üz tuturdum. Əlimyandı hökmən haradansa tapıb məni vəziyyətdən çıxarardı, yaradıcılıq sandığının bolluğu və rəngarəngliyi heyrətə gətirirdi.

Onunla hər ünsiyyət insanın gözü qarşısında xoş bir səhnə canlandırır, sanki yeni bir qapı açır. Bu mənada, yenə bir yerdə olmağımız səmimi ehtiyacdan doğur. Görüşəndə evdən-eşikdən, ilk ad-günlərini keçirdiyimiz balaların uğurlarından, şip-şirin nəvələrdən danışırıq, ötən günləri xatırlayırıq, həyatdan köçmüş həmkarlarımızı ehtiram hissi ilə yada salırıq... və hökmən sözümüz yaradıcılığa köklənir, müasir mətbuatı, ədəbiyyatı “vərəqləyirik”, gənc nəslin uğurlarına sevinirik, istəklərimiz dilimizə gəlir. Ötənlərdə olduğu kimi gələcək işlərdən söz açmağı da unutmuruq. Qayğılar çox olsa da, bir vaxt süngüyə çevrilən qələmimizə sadiqik və sonadək sadiq qalacağıq.

Və nəhayət...67 yaşın mübarək, əziz dostum, həmkarım ELŞAD QOCA!

Mahir Cavadlı,

Jurnalist-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, təqaüddə olan polkovnik

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 May 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see280

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see250

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see236

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see235

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see235

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see233

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see229

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see218

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see213

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see211

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see210

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see196

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see188

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see187

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see186

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see186

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see179

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see174

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see165

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri