Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Türkiyədə Naxçıvan eli

Türkiyədə Naxçıvan eli

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Nuh yurdunun adamları 9 əsr əvvəl Dörtdivana necə gediblər?

Bu yurdun insanları çox zəhmətkeşdirlər. Ata-babadan məşğuliyyətləri əkinçilik və heyvandarlıqdır. Dəyərlərinə çox sadiqdirlər. Böyüyün böyük, kiçiyin kiçik yeri var. Bu yerlərdə qış hazırlığı məxsusi xarakter daşıyar: payızda qovurmalıqlar edilər, qonum-qonşu yığışıb əriştə kəsib qışa saxlayarlar. Eynilə bu gün Naxçıvanda olduğu kimi...

Onlarda qocalara, xəstələrə baş çəkmək ən savab işlərdən sayılar. Uşaqlar gizlənqaç, çəlik-çəlik oynamağı çox sevərlər. Ay yeni görünən zaman salavat çevirər, il quraq keçərsə, müsəllaya çıxıb yağışın yağması üçün Allaha dua edərlər. Yenə bugünkü naxçıvanlılar kimi.

Belə adət-ənənələr buradakı Seyidəlilər, Bayramlar, Göynük, Nuhören, Dülgər və adını sadalamadığım digər kəndlərdə, ayrı-ayrı məhəllələrdə bu günədək yaşadılır. Hə, bir də Naxçıvan məhəlləsi var axı burada. Yüz illərdir, naxçıvanlıların yaşadığı kiçik bir məhəllə. Türkiyənin Bolu vilayətinin Dörtdivan rayonuna bağlı Adaköy kəndindəki bu eli necə axtarıb tapmağımı isə Dörtdivanda görüşdüyüm hər kəs təəccüb və maraqla soruşurdu.

Dörtdivan 1990-cı ilədək Türkiyənin Bolu vilayətinin Gərədə rayonuna bağlı qəsəbə olub, sonra isə inzibati baxımdan rayona çevrilib. Əhalisi 7 minə yaxın olan bu rayon 24 kənd və 8 məhəlləni özündə birləşdirir. Deyilənlərə görə, əvvəllər bu cür divanların sayı yeddi olub, ancaq sonralar bunlardan dördü qalıb. Elə buna görə də bu yerlərə “Dörtdivan” deyiblər.

Bu məlumatları araşdırmalarımızda bizə yaxından kömək edən Fəxri Kayahalp və Mustafa Uludağla söhbətimizdən öyrənirik. Fəxri bəy Dörtdivanın tanınmış şairlərindəndir, bir neçə şeir kitabının müəllifidir. Mustafa Uludağ isə rayonun Adaköy kəndində uzun illər məscidin imamı olub, hazırda Boluda yaşayır. Hər ikisi Dörtdivanın tarixinə, mədəniyyətinə, milli dəyərlərinə bağlı insanlardır. Elə Dörtdivanda məni ilk qarşılayanlar da onlar idilər.

Hələ Naxçıvanda olarkən tanıdığım və telefonla tez-tez əlaqə saxladığım dil-ədəbiyyat müəllimi Yasin Şən həmin gün liseydə imtahanların olduğu səbəbi ilə bir az gecikəcəyini, mənimlə ilk görüşə onların gələcəyini söyləmişdi. Elə biz də dörtdivanlı bu dostlarımızla əvvəlcə rayon mərkəzində çay süfrəsi arxasında bir xeyli söhbət etmiş, sonra isə Adaköyə getməyi qərarlaşdırmışdıq. Çünki bir azdan Yasin müəllim də bizə qoşularaq axtardığımız məhəlləni birlikdə gəzəcəkdik.

Əslində, Dörtdivanın kəndləri rayon mərkəzinə yaxın yerlərdə yerləşir. Adaköylə Dörtdivan arasında məsafə də 3 kilometrdən çox olmaz. Yolboyu müsahiblərimin hər ikisi buradakı kəndlər, məhəllələr haqqında məni məlumatlandırır. Qısa söhbətimizin ardından dostlarımız maşını saxlayıb, “bax, indi Naxçıvan məhəlləsinə tərəf gedirik, istəyirsən buraların fotoşəklini çək”, – deyə mənə tərəf dönürlər. Əlbəttə, deyib ilk olaraq məhəlləyə gedən yolu göstərən “Nahçıvan” yazılı lövhəni kameranın yaddaşına köçürürəm.

Mustafa bəy deyir ki, Naxçıvan Adaköyün məhəlləsi sayılsa da, ondan bir az aralıda yerləşir. Hətta kənardan baxdıqda hər ikisinin qonşu kənd olduğunu zənn edərsən. Bu məhəllədə üst-üstə 15-20 ev ola, ya olmaya. Söhbət edə-edə məhəllədəki “Naxçıvan” məscidinin yanına gəlib çatırıq. Bu vaxt Yasin müəllim də işlərini qurtarıb məhəlləyə gəlir. Görüşüb hal-əhval tuturuq. Məhəlləni gəzməyə davam edirik. Küçələrdə sakitlikdir. Hətta bir-iki nəfərdən başqa heç kimi görmürük.

Söhbətin bu yerində “Naxçıvan” məscidində əsr namazı üçün azan verilir. Dostlarımız namaz qılmaq üçün məscidə daxil olurlar. Mustafa Uludağ on ildən çox imamlığını etdiyi bu məsciddə son illərdə aparılan təmir işlərindən də bəhs edir.

Məhəllədən çıxıb Dörtdivanın yaylaqlarına üz tuturuq. Yaylaqda bizi Fəxri bəyin atası Fevzi Kayahalp qarşılayır. Hal-əhval tutub salamlaşır, bizi təzə sağılmış südə və çaya qonaq edir. Yaşı yetmiş beşi keçmiş Fevzi dayı ilə bu yerlərin şair qəlbli insanlarından, xeyir-şər mərasimlərindən, mətbəx mədəniyyətindən danışırıq. Deyir ki, bəzi dəyərlərimiz sıradan çıxsa da, hələ də onları yaşadanlar var. Məsələn, keçmiş zamanlardan qışa hazırlıq məxsusi əhəmiyyət daşıyardı. Hər kəs evində əriştə kəsib qurudar, qovurmalıq edib qışa hazırlıq görərdi. Çöl-bacadan toplanılan giləmeyvələrdən gözəl mürəbbələr hazırlanıb qış tədarükü görülərdi.

Yaylaqda söhbətimiz uzun çəkir. Bu yaşlı insan danışdıqca, əsrlərdir burada yaşayan Oğuz türklərinin öz adət-ənənələrini necə qoruyub saxladığına, sözün əsl mənasında, təəccüb edirəm. Demək ki, bizimlə eyni kökə bağlı insanlarımız yüz illərdir bu dəyərləri saxlamağı bacarıblar. Təsadüfi deyil ki, əslən Ordudan olan və artıq 7 ildən çoxdur ki, Gərədədəki Anadolu Liseyində türk dili və ədəbiyyatı fənnini tədris edən Yasin Şən Dörtdivandakı bu mədəni və tarixi zənginliyi dərindən dərk edərək bir neçə kitab da yazıb. Dörtdivanın ədəbiyyatı, folkloru, mədəni və milli dəyərlərindən bəhs edən bu kitablarda nələr yoxdur ki?..

...Ertəsi gün səhər Dörtdivandan çıxmağı qərarlaşdırsam da, dostlarımız rayonun bələdiyyə sədri Həmzə Əfə bəyin də mənimlə görüşmək istədiyini bildirirlər. Buna görə də səhər bələdiyyə sədri ilə iş otağında görüşürük. Bizi çox səmimiyyətlə qəbul edən Həmzə bəy Naxçıvandan gəldiyimizi eşidəndə çox sevinir. Bələdiyyə sədrinə Dörtdivanla bağlı ortaq tariximizin, mədəniyyətimizin olduğunu bir daha dilə gətiririk.

Beləliklə, bizim Dörtdivana səfərimiz başa çatır. Bu yazının hazırlanmasında burada adıkeçən hər kəsə öz səmimi təşəkkürlərimi bildirirəm. Bir də burada adını çəkmədiyim, əslində isə heç adını da bilmədiyim bir insana daha təşəkkür borcum var. Əslində, o da məni tanımır. Heç bu yazını oxuyacağını da zənn etmirəm. Amma məsələ burasındadır ki, Adaköydəki “Naxçıvan” məhəlləsi adına mən ilk dəfə olaraq təsadüfən elan saytlarından birində rast gəlmişdim.

Sonradan o elan sahibini yenidən axtarsam da, tapa bilməmişdim. Ancaq “Naxçıvan” məhəlləsi sözü o zamandan yaddaşımın bir küncünə ilişib qalmış, bundan bir müddət sonra bu ipin ucundan tutaraq 900 il bundan əvvəl buralardan gedərək Bolu ətrafında köç salmış naxçıvanlılarla, Oğuz türkləri ilə görüşə bilmişdim. Qoy bu da Dörtdivanda məndən maraqla bu yerlərə necə gəlib çıxdığımı soruşanlara bir cavab olsun.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri