Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Əli Xamneyi Maduronun taleyini yaşaya bilər ŞƏRH

Əli Xamneyi Maduronun taleyini yaşaya bilər ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Baş verən son proseslər göstərir ki, İran ciddi təhlükə ilə üz-üzədir"

İranda baş verən genişmiqyaslı etirazlardan sonra Avropa ölkələrinin Tehrana münasibəti daha da sərtləşib. Qərb dövlətləri aksiyaların qanla yatırılmasına görə, əsas məsuliyyəti rejimin başlıca güc dayaqlarından biri hesab edilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzərinə qoyur. Bir çox siyasi lider SEPAH-ı mövcud rejimin zorakı mexanizminin əsas icraçısı kimi görür. SEPAH-ın 1979-cu il İslam İnqilabından dərhal sonra formalaşdığını və mövcud rejimin əsas təhlükəsizlik sütunu kimi çıxış etdiyini nəzərə alsaq, dövlətlərin bu istiqamətdə mövqe tutması təəccüblü görünmür. SEPAH-ı “terror təşkilat”ı kimi tanıyan ölkələrin sayı durmadan artır. ABŞ, Kanada, Bəhreyn, Səudiyyə Ərəbistanı, Ekvador, Paraqvay və Argentina hərbi qurumu “terror təşkilat”ı kimi tanıyan dövlətlər sırasındadır. Son proseslər Avropa İttifaqında da mövqelərin sərtləşdiyini göstərir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məsələ ilə bağlı açıqlamasında SEPAH-ın terror təşkilatı kimi tanınmasının İttifaq daxilində müzakirə olunduğunu bildirib. Bir vaxtlar məsələyə ehtiyatla yanaşan Fransa isə artıq SEPAH-ın “terror təşkilat”ı kimi tanınmasını dəstəkləyəcəyini bəyan edib.

Mövzu ilə əlaqədar politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, Avropa dövlətlərinin SEPAH-ı terror təşkilatı kimi tanıması yeni proses deyil:

“Məlum olduğu kimi, ABŞ-İran qarşıdurması uzun illərdir davam edir. Hazırkı mərhələdə hərbi qurumun “terror təşkilat”ı kimi qiymətləndirilməsinə təsir göstərən bir neçə əsas amil var. Birinci amil İranda etiraz aksiyaları zamanı rejimin mülki əhaliyə qarşı tətbiq etdiyi sərt repressiyalardır. İnsan tələfatının artması, edamların davam etməsi və kütləvi həbslər Qərbin diqqətini Tehranın daxili siyasətinə yönəldib. Avropa ölkələri ABŞ və İsrail kimi birbaşa hərbi müdaxiləyə getməsələr də, İranı hüquqi və diplomatik mexanizmlər vasitəsilə təzyiq altında saxlamağa çalışırlar. SEPAH-la bağlı mümkün qərar da məhz bu strategiyanın tərkib hissəsidir. İkinci amil ABŞ və İsrailin siyasi və diplomatik təzyiqləridir. Böyük ehtimalla lobbi və diaspor fəaliyyətləri Avropada qəbul edilən qərarlara ciddi təsir göstərib. Bu da SEPAH-ın beynəlxalq müstəvidə daha sərt formada hədəfə alınmasına zəmin yaradır”. 

Politoloqun sözlərinə görə, İranın ali dini rəhbəri Əli Xamneyi Venesuelanın keçmiş prezidenti Maduronun taleyini yaşaya bilər:

“Üçüncü mühüm faktor isə ABŞ-nin İrana qarşı artan müdaxilə potensialıdır. Vaşinqton Tehrana qarşı sərt addımlar ataraq, hərbi müdaxiləni istisna etmir. Amerika donanmasının Fars körfəzinə yönəlməsi, Donald Trampın ərazini blokadaya almaqla bağlı ordunu hazır vəziyyətə gətirməsi, eləcə də BƏƏ və İordaniyanın ABŞ-ı dəstəkləyəcəyini bəyan etməsi vəziyyətin gərginliyindən xəbər verir. Baş verən son proseslər göstərir ki, İran ciddi təhlükə ilə üz-üzədir. Ancaq birbaşa genişmiqyaslı müharibə ehtimalı azdır. Əfqanıstan və İraq kimi ölkələrin problemlərindən təzəcə yaxasını qurtaran ABŞ rəhbərliyi indi İranla uzunmüddətli müharibəyə başlamaz. Çünki ordunu aktivləşdirmək böyük vəsait tələb edir. D.Trampın yüksək maliyyə tələb edən müharibəyə qoşulacağına inanmıram. 12 günlük müharibədə olduğu kimi, hədəf yalnız mühüm şəxslər və strateji obyektlər olacaq. İranın ali dini rəhbəri Əli Xamneyi isə Venesuelanın keçmiş prezidenti Maduronun taleyini yaşaya bilər”.

Aybəniz Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri