Icma.az
close
up
RU
Əlifba bayramının dəyişən SİMASI Şagirdlərin ilk sevinci necə biznesə ÇEVRİLDİ?

Əlifba bayramının dəyişən SİMASI Şagirdlərin ilk sevinci necə biznesə ÇEVRİLDİ?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər bir şagirdin yaddaşında unudulmaz məktəb anları olur. Bunlardan biri də yəqin ki, əlifba bayramına məxsusdur. Belə ki, bu tədbirdə birincilər öz bacarıqlarını göstərir, il ərzində öyrəndikləri hərfləri, rəqəmləri öz müəllimləri, valideynləriylə bölüşüb, kiçik səhnəciklər səhnələşdirirlər. 
Ancaq son illər əlifba bayramının keçirilmə qaydaları belə dəyişib. 
Bəzi siniflərdə əlifba bayramı uşaqların öz bacarıqlarının göstərdiyi yox, valideyn komitələrinin özləri üçün təşkil etdikləri əyləncə tədbirlərinə çevrilib. Canfəşanlıq edən müəllim və valideyn komitələri uşaqların əlifba bayramını keçirmək üçün şadlıq sarayı rezerv edirlər. Bununla da balacaların ilk bacarıqları əlavə xərc və dəbdəbəli məclislə yadda qalır. 
 

MÖVZU İLƏ BAĞLI:
Əlifba bayramları necə keçirilməlidir? – Ekspert bir çox mətləblərə AYDINLIQ GƏTİRDİ  


Halbuki birinci sinif şagirdi üçün yeni qədəm qoyduğu məktəbin özündə  keçirilən tədbir daha özəl, önəmli o cümlədən də yaşına, xəyal dünyasına uyğundur. 
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Nadir İsrafilov valideyn komitələrinin təşkilatçılıqlarını belə qiymətləndirib: 
“Əlifba” dərsliyini ləğv edirik, “Əlifba bayramı”nı daha təmtəraqlı keçiririk”
“Nazirin sözü olmasın, təhsil sistemimiz, sanki tərsinə qurulub... Uzun illik təhsil təcrübəmizdə yenilik etmək adı ilə əsasən təhsilin məzmununa deyil, formaca dəyişdirilməsinə diqqət çəkdik.
“Əlifba bayramı”na münasibətdə isə tam tərsinə olub. Bayramın məzmunu qalıb, forması dəyişdirilib. Yəni, əvvəllər bu bayram - "Əlifba bayramı”, o cümlədən də “Son zəng” tədbirləri hər bir məktəblinin həyatında əlamətdar bir hadisə, məktəb həyatının gözəl bir ənənəsi sayılıb.
Birincilər bu gün həyatda ən vacib addımlardan birini atırdılar. Onlar artıq hərfləri tanıyır, sərbəst oxuyur, təhsil pilləsinin ilk mərhələsini uğurla tamamlayırdılar. 
Mərasimə məktəb rəhbərliyi və valideynlər də qatılar, azyaşlıların sevincini bölüşərdilər.
Birincilər əlifba, doğma vətən, müəllim haqqında mahnılar oxuyar, şeirlər deyər, milli paltarlarda rəqslər ifa edər, nağıl qəhrəmanlarından kiçik səhnəciklər göstərərdilər. Müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri də öz növbələrində birinciləri təbrik edər, onlar haqqında xoş sözlər deyərdilər. 
Başqa cür ola da bilməzdi.  
Axı, “Əlifba” bütün elmlərin açarı və onları bilik xəzinəsinə aparan yolun başlanğıcı idi. Elə biliklərimizin bünövrəsi də məhz əlifbadan başlanırdı.  Bu baxımdan “Əlifba” bayramının keçirilməsi böyük rəmzi məna daşıyırdı. Ona görə də ənənəvi olaraq birincilər əlifbanı başa çatdıran kimi, bunu xüsusi bir bayram kimi qeyd edirdilər”-deyə ekspert ilk olaraq tədbirin ənənəvi qaydaları  barədə fikirlərini bildirib.
“Zəmanə dəyişib, dəyərlər başqalaşıb”…
Nadir İsrafilov Əlifba bayramının ənənəvi qaydalarının dəyişməsindən də danışıb. 
“Artıq “Əlifba bayramı” məktəblərdə, birinci siniflərdə, dərs ilinin son həftələrində deyil, istənilən vaxt, istənilən yerdə - restoranlarda, şadlıq evlərində, istənilən tərkibdə keçirilə bilər. Təki, hansısa valideynin və ya valideyn komitəsinin bu bayramın keçirilməsində marağı və təşəbbüsü olsun. 
Valideynə qalan övladının sevincini istənilən yerdə, istədiyi ətrafı ilə, istədiyi formada bölüşmək, bizə isə qalan, bir vaxtlar məktəb həyatınin ən xoş və gözəl bir ənənəsi olan “Əlifba bayramı”nın nostalji hissləri ilə bağlı xoş xatirələrdir. Zəmanə dəyişib, dəyərlər  başqalaşıb, məsələyə yanaşma tərzimiz özgələşib...”. 
Müsahibimiz sonda əlifba bayramıyla yanaşı, ləğv olunan “əlifba” dərsliyindən də danışıb. 
“Bir ara yenilik axtarışına çıxaraq, nəsə etmək xatirinə “Əlifbanı” hədəfə aldıq, ona ərəb damğası vuraraq tədris  planından çıxarıb, I sinfə “Ana dili” fənnini daxil etdik. “Əlifba” dərsliyini ləğv edib, onu “Ana dili” dərsliyi ilə əvəzlədik. Halbuki, birincilər dil yox, hərf öyrənirdilər və bu bayram da məhz artıq, hərflər onlar tərəfindən tam tanındıqdan, oxu və yazı vərdişləri formalaşdıqdan sonra, may ayının son həftələrində keçirilirdi”. 
Nadir İsrafilovun sözlərinə görə indi sadəcə məktəbəhazırlığa gedən uşaqlar deyil, hətta “məktəbə qədər təhsil müəssisələri” adlandırdığımız uşaq bağçalarının körpələri belə hərfləri tanıyır və öyrənə bilirlər. Ona görə də bir neçə illər bundan əvvəl olduğu kimi, uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın məna və mahiyyəti dəyişib.
Nəzrin Mirzəyeva, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Yanvar 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri