Icma.az
close
up
RU
Əlillərə hüquqi yardım göstərilməsinə “gəlir bəyannaməsi” qadağası

Əlillərə hüquqi yardım göstərilməsinə “gəlir bəyannaməsi” qadağası

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Məhkəmələr qərardad çıxarır, yoxsa qərəzdad?

Qanunların dilinin acınacaqlı, anlaşılmaz durumda olması hüquqla təminatdan çox, hüquqa qadağa yetkisi bağışlayır. Özəlliklə, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilik aktları deklorativ xarakter daşıyır və bu şəxslərə hüquq yox, hüquqsuzluq verilməsi anlamına gəlir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 15.3 maddəsində təsbit olunub ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər istisna olmaqla, əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılması onların öz vəsaiti hesabına təmin edilir. Anadangəlmə əlilliyi olan şəxslər bəs o vəsaiti haradan əldə etsin?

Bəs müharibə ilə əlaqədar əlilliyi olan şəxslər? Onların müharibədə aldığı yaralar “hərbi peşə xəstəlikləri”nə, “hərbi istehsalatda bədbəxt hadisələr”ə aiddir bəlkə? İstənilən halda, qanunun dili aydın olmalıdır, burada açıq-aşkar əlilliyin səbəbinə görə ayrı-seçkilik göz önündədir, həm də BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyaya ziddir.

Mülki Prosessual Məcəlləyə (MPM) 67-1-ci maddənin əlavə edilməsi, yəni aztəminatlı şəxslərin istənilən mərhələdə dövlət hesabına vəkillə təmin olunması hüququ da məhkəmələrin “qərəzdad”ından asılıdır. Bu əlavədən qabaq da, indi də Konstitusiyanın 61-ci , 127-ci maddələri  məhkəmə icraatının istənilən mərhələsində hər kəsin , aztəminatlı şəxslərin isə ödənişsiz yüksək keyfiyyətli müdafiə hüququna təminat verir. Əlavəni edilməsi ilə qanunverici, eldə deyildiyi kimi, qaş düzəltdiyi yerdə, vurub gözü də çıxarıb. Əvvəllər müharibə əlili vəsiqəsi bəs edirdi ki, onların dövlət hesabına vəkillə təminatı barədə qərardad çıxarılsın. İndi isə məhkəmələr “qərəzdadla” əlilliyi olan şəxslərin pensiya, təqaüdlərinin, gəlirlərinin vəkilin xidmətini ödəməyə bəs etdiyini aktlaşdırıb, hətta kassasiya hüququna qadağa qoyurlar. Bu qadağaya qanunverici də öz töhfəsini verir. MPM-in 67-1.4.1-ci maddəsində “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərin (yəni I-II dərəcə əlillərin) və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin dövlət hesabına vəkillə təmin olunmaq hüququ” təsbit olunub. Bu maddənin mahiyyəti odur ki, orqanizmin 61-100 faiz pozulmasına görə (I-II dərəcə) əlilliyi müəyyən olunmuş şəxslər  işləyib-işləməməsindən asılı olmaraq dövlət hesabına vəkillə təmin olunmaq hüququna malikdirlər. İşləməyən əlilliyi olan şəxslər kateqoriyasına isə 3-cü dərəcəli əlillər aiddir. Milli Məclis MPM-in 67-1.4.1-ci maddəsini  “orqanizmin funksiyasının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar” şəklinə dəyişməklə, “qaş düzəltdiyi yerdə, vurub gözü də çıxarıb”. 60 faizə qədər orqanizminin funksiyası pozulanlar yaddan çıxmaqla hüquqları pozulub, uşaqların əlilliyinin olmasından asılı olmayaraq himayədarlarına vəkil ayrılmalı olması unudulub.

Ümumiyyətlə, əlilliyi olan şəxslərin dövlət hesabına hüquqi yardımdan işləməyinə, gəlirlərinin hesablanmasına görə imtina olunması yolverilməzdir. Onda “gəlir bəyannaməsi” ilə birgə “çıxar bəyannaməsi” də tərtib olumalı deyilmi? Bir şey ki, 10 min manata yaxın əmək haqqı alan, hələ “paket”I demirik,  deputat, hakim, dövlət məmuru layiqli dolana bilmədiyindən gileylənir, 150-500 manata göz dikən gözdən əlil neyləsin? Pensiyası kəsiləndə hüquqi yardımdan imtina olunsun ki, 150 manatlıq əlavə gəlir yeri var?

Fikrimizcə, “qaş düzətməyi” fikirləşəndə, “gözü” də fikirləşmək pis olmaz. Yoxsa gözdən əlillər hüquqdan da kor qalarlar. Dad məhkəmələrin qərəzindən, qərəzdadından!

M. Ağsu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri