Icma.az
close
up
RU
Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda keçirilən təlim uğurla başa çatdı

Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda keçirilən təlim uğurla başa çatdı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

12 iyun 2025-ci il tarixində “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” layihəsi çərçivəsində təşkil olunan təlim uğurla yekunlaşdı.

QHT.az xəbər verir ki, tədbiri layihə rəhbəri Qubad Qasımov açaraq, iştirakçılara layihə çərçivəsində keçirilən təlimlərin artıq başa çatdığı barədə məlumat verdi. O qeyd etdi ki, bu təlim layihə üzrə nəzərdə tutulan səkkizinci və sonuncu sessiyadır. Təlimin sonunda iştirakçıların hazırladıqları əl işlərindən ibarət sərgi-satışın keçirilməsi planlaşdırılır.

Birinci qrupun iştirakçıları üçün bu təlim həm emosional, həm də yaradıcı inkişaf baxımından əhəmiyyətli bir mərhələ oldu. Artıq hər bir iştirakçı öz çantasını tamamlamaqla yanaşı, ona fərdi toxunuşlar əlavə etmişdi. Layihənin əvvəlində texnikanı yeni öyrənən və tərəddüd içində olan uşaqlar bu dəfə daha inamla işləyir, seçimlərini əsaslandırır və hazırladıqları işlərə sahib çıxırdılar.

Dərsin sonunda təşkil olunan mini sərgi formatında təqdimatda uşaqlar öz əl işləri haqqında danışmaq imkanı əldə etdilər. Eyni zamanda səkkiz təlim ərzində hazırlanan bütün əl işləri iştirakçılara təqdim olundu. Hazırlanan məhsullar arasında muncuqla işlənmiş çantalar və qolbağlar üstünlük təşkil edirdi. Bundan əlavə, bəzi iştirakçılar makrome və pambıq iplərlə çantalar da hazırlamışdılar. Həmçinin ev şəraitində məşğul olmaq üçün xalça və kiçik oyuncaqların toxunma texnikası da izah edildi.

Layihə prosesi boyunca iştirakçılarda estetik zövq, planlama bacarığı və emosional düşünmə qabiliyyəti kimi sahələrdə nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə olundu. Əvvəllər qrup daxilində passiv olan uşaqlar belə, bu dəfə ya texniki dəstək göstərir, ya da müsbət rəylərlə həmyaşıdlarını dəstəkləyirdilər. Bir çox iştirakçı layihənin davam etməsini arzuladıqlarını bildirdilər. İkinci qrupun iştirakçıları isə son dərsdə artıq tamamilə müstəqil işləməyə üstünlük verdilər. Onların texniki bacarıqları və estetik seçimlərdəki müstəqillik açıq şəkildə özünü göstərirdi. Yekun təqdimat zamanı uşaqlar bir-birinin işinə hörmətlə yanaşır, hər biri öz təəssüratlarını bölüşmək istəyirdi. İştirakçılardan biri ilk dərsdə keçirdiyi hissləri belə ifadə etdi: “Əvvəlcə qorxurdum ki, alınmayacaq. Amma indi çantama baxanda başa düşürəm ki, hər şey mümkündür.” Bu cür ifadələr yalnız texniki bacarığın deyil, eyni zamanda uşaqların dünyagörüşünün genişlənməsinin və özlərinə olan inamın göstəricisi idi. Onlar sözün əsl mənasında “bacarmağın həzzini” yaşayırdılar.

Təlimlər zamanı sosial-emosional inkişaf da diqqətçəkən məqamlardan biri oldu. Uşaqlar bir-birinə yalnız texniki deyil, həm də mənəvi dəstək göstərirdilər. Təlimlərin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olundu. Bu, onların layihədəki iştirakını daha da mənalı və unudulmaz etdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 İyun 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri