Əlilliyi olan şəxslərin Peşə əmək Reabilitasiyası Mərkəzində “Açıq qapı” günü təşkil edilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 29 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Açıq qapı” günü keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki tədbirin məqsədi mərkəzdə göstərilən xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaq, vətəndaşlarla birbaşa əlaqə yaratmaq və şəffaflığın artırılmasına dəstək vermək olub.
Tədbirdə vətəndaşlar, o cümlədən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. “Açıq qapı” günü çərçivəsində ziyarətçilərə mərkəzdə reallaşdırılan reabilitasiya prosesləri, təlim proqramları, peşə yönümlü məşğələlər və sosial adaptasiya tədbirləri haqqında ətraflı məlumat verilib.
İştirakçılar mərkəzdə müalicə və təlim alan şəxslərin gündəlik fəaliyyətlərini yaxından izləmək imkanı əldə ediblər. Əlilliyi olan şəxslərin müstəqil həyat bacarıqlarının artırılması və əmək bazarına inteqrasiyasını təmin edən layihələr və dəstək mexanizmləri barədə geniş məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 29 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















