Əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı daha bir tədbir keçirilib
Icma.az, Azpost saytına istinadən bildirir.
“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi” “Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihəni həyata keçirməkdə davam edir.
Layihənin üçüncü tədbiri Bakı şəhərinin gözəl məkanlarından birində, 02.08.2025-ci il tarixində baş tutmuşdur. Tədbirdə 7 nəfər əlil iştirakçı öz bacarıqlarını nümayiş etdirdi. Tədbir iştirakçıları arasında musiqiçilər, yazarlar və rəsm bacarığı olan fiziki məhdudiyyətli şəxslər öz çıxışlarını təqdim etdilər.”GÜLSAM” İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova tədbirə qatılanlara təşəkkür edərək, belə müsabiqələrin cəmiyyətin müxtəlif təbəqələri arasında bərabər imkanlar yaratmaq və əlillərin sosial həyatda iştirakını dəstəkləmək baxımından önəmini vurğuladı. Üçüncü mərhələdə iştirakçılardan daha üç nəfər iştirakçı finala vəsiqə qazandı.
“GÜLSAM”ƏRİB-nin ən böyük uğurları tədbirlərdə iştirak edən iştirakçıların sevincləri, üzlərindəki təbəssüm və sonsuz təşəkkürləridir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















