Əlilliyi olan və imtiyazlı şəxslərin sanatoriya putyovka təminatında yeni imkanlar təsdiqləndi
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Nazirlər Kabinetinin qanunvericilik aktlarında dəyişikliyi ilə əlilliyi olan və digər imtiyazlı şəxslərin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təminat imkanlarının artırılır.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, bu dəyişikliklərə əsasən yollayışla təmin olunma hüququ yaranan 15 yaşına çatmamış uşaqlar da müşaiyətçi ilə təmin oluna biləcəklər və onların putyovka ilə təmin olunduğu müddət ərzində 1 dəfə müşayiətçini dəyişdirmək hüquqları olacaq.
Həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslərin çalışdığı təqsirkar müəssisə ləğv olunduqda belə işəgötürən yenidən təşkil edildiyi halda bu şəxslər həmin işəgötürənin hüququ varisi tərəfindən yollayışla təmin olunacaqdır. Bundan başqa, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi müəyyən edilmiş uşaqların yollayışla təmin olunduğu müddət ərzində 1 dəfə müşayiətçini dəyişdirmək hüququ olacaqdır.
Eyni zamanda yeni qaydalarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən "Sanatoriya-kurort" altsistemi vasitəsilə avtomatlaşdırılmış qaydada sanatoriya-kurort yollayışı ilə təmin edilmə ilə bağlı müddəalar da əksini tapıb.
Eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin və hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin də sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydalarında uyğunlaşdırma üçün texniki xarakterli dəyişikliklər edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 20 Noyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















