Icma.az
close
up
RU
Əliməmməd Nuriyev: Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb

Əliməmməd Nuriyev: Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə həm dünyada, həm də ölkəmizdə baş verən ictimai-siyasi və institusional dəyişikliklər Konstitusiyada müəyyən yeniliklərin edilməsini gündəmə gətirir. Yeni idarəetmə mexanizmlərinin formalaşması, bəzi institutların fəaliyyətə başlaması və mövcud strukturlarda müşahidə olunan paralelliklər hüquqi sənədlərin də dövrün tələblərinə uyğunlaşmasını zəruri edir. Bütün bunlar göstərir ki, Konstitusiyanın bəzi müddəalarına yenidən baxılması və onların müasir reallıqlara uyğunlaşdırılması faydalı ola bilər. Bu yanaşma həm idarəetmədə səmərəliliyin artmasına, həm də hüquqi sistemin daha dayanıqlı və çevik olmasına şərait yarada bilər.


Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında Konstitusiyada dəyişikliklərin edilməsinin vacib olduğunu bildirib: 


"Məsələnin texniki tərəfinə diqqət yetirmək zəruridir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında artıq müəyyən dəyişikliklər edilib. Bu dəyişikliklər Naxçıvan Ali Məclisində iki oxunuşdan, Azərbaycan Respublikası Milli Məclisində isə birinci oxunuşdan keçib. Bu isə o deməkdir ki, ümummilli səviyyədə Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb.

Dünya miqyasında baş verən dəyişikliklər, xüsusən də yeni təhlükəsizlik arxitekturasının formalaşma prosesi Konstitusiyada yenilənmələrin edilməsini tələb edir. Artıq bir sıra yeni institutlar və idarəetmə qaydaları meydana çıxır. Məsələn, bu gün Prezidentin xüsusi səlahiyyətli nümayəndəsi institutu mövcuddur və digər bu kimi yeni institutlar da yaranmaqdadır. Bu institutların hüquqi və konstitusion bazasının yaradılması vacibdir.

Konstitusiyada hakimiyyət qolları arasında balansın qorunması və qarşılıqlı nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu həm demokratik idarəçiliyin, həm də idarəetmədə şəffaflığın artırılmasına xidmət edir.

İlk növbədə icra hakimiyyəti sistemində islahatlara ehtiyac var. Konstitusiyaya son referendumda vitse-prezident institutu daxil edilib. Hazırda isə Nazirlər Kabineti də konstitusion institut olaraq fəaliyyət göstərir. Bu, maraqlı bir vəziyyət yaradır: iki paralel institut-Nazirlər Kabineti və vitse-prezidentlik eyni funksiyaları yerinə yetirməyə cəhd edir. Bu isə idarəetmədə qarışıqlıq və anlaşılmazlığa səbəb ola bilər. Azərbaycan prezidentli respublikadır". 


Ekspert bu modeldə Nazirlər Kabinetinin funksiyalarının bir qədər ləngidici və tormozlayıcı təsir göstərdiyini söyləyib: 

"Əvəzində, Nazirlər Kabinetinin funksiyalarının səlahiyyətlərinin vitse-prezident institutuna ötürülməsi daha məqsədəuyğun olardı. Onsuz da idarəetmə vertikal şəkildə Prezident Administrasiyasından başlayaraq aşağıya doğru həyata keçirilir. Bu baxımdan vitse-prezident institutuna yeni məzmun verilməli, o, daha çevik və effektiv idarəetmə funksiyasını daşımalıdır.

Hazırkı idarəetmə sistemində paralellik geniş yayılıb. Bu isə idarəetmənin səmərəliliyinə mənfi təsir göstərir. Belə paralelliyin ən bariz nümunələrindən biri yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyətlərin üst-üstə düşməsidir. Yerli icra hakimiyyətləri geniş səlahiyyətlərə malik olsalar da, bu səlahiyyətləri həyata keçirmək üçün adekvat resurslara malik deyillər. Üstəlik, idarəetmədə qənaətlilik prinsipi pozulur. Buna görə də bu institutla xudafizləşməyin vaxtı artıq yetişib. Milli Məclisin üzvlərinin sayının artırılması vacib məsələdir. Eyni zamanda, iki palatalı parlament-yuxarı Senat və aşağı Nümayəndələr Palatası modelinə keçid də müzakirə mövzusu ola bilər. Bu, qanunvericiliyin keyfiyyətinin yüksəldilməsinə və siyasi sistemin təkmilləşməsinə xidmət edə bilər.

Hazırda Azərbaycanda 14 iqtisadi zona fəaliyyət göstərir. Bu bölgülərə uyğun olaraq regional idarəetmə modelinə keçid mümkündür. Bu bölgələr üzrə nümayəndələrin Senatda təmsil olunması və Prezident təyinatı idarəetmənin rasionallığını və səmərəliliyini artıra bilər.

Müasir dövrün əsas çağırışlarından biri də rəqəmsal hüquqların qorunmasıdır. Şəxsi məlumatların mühafizəsi, avtomatlaşdırılmış qərarların əsaslandırılması və rəqəmsal təhlükəsizliyin təminatı Konstitusiyada öz əksini tapmalıdır. Bu sahədə müəyyən addımlar atılsa da, bunların konstitusion norma səviyyəsinə qaldırılması vacibdir.

Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsi mexanizminin dəqiqləşdirilməsi və sadələşdirilməsi də vacib məsələlərdəndir. Bu, vətəndaşların hüquqlarının müdafiəsində mühüm rol oynaya bilər.

Milli Məclisdə tədqiqat komissiyalarının yaradılması və onların hüquqi statusunun konstitusion səviyyədə tanınması zəruridir. Bu komissiyalar qanunverici orqanın nəzarət funksiyalarının gücləndirilməsinə və ictimai nəzarətin effektiv həyata keçirilməsinə imkan verə bilər".


Müsahibimiz sonuncu Konstitusiya dəyişikliyindən 10 ilə yaxın vaxt keçdiyini qeyd edib:

"Əvvəlki illərin təcrübəsinə nəzər yetirdikdə görürük ki, Konstitusiyaya 3 dəfə dəyişiklik edilib. Sonuncu dəyişikliklərdən isə 10 ilə yaxın vaxt keçir. Bu müddət ərzində ölkədə mühüm dəyişikliklər baş verib, xüsusən də Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bütün bu faktorlar Konstitusiyanın yenidən nəzərdən keçirilməsini və dəyişikliklərin edilməsini zəruri edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see200

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see160

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see160

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see146

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see140

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see139

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see137

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see134

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see129

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see128

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see127

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see125

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri