Icma.az
close
up
RU
Əlimizdəki son 100 manata da qızıl alaq?

Əlimizdəki son 100 manata da qızıl alaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar qızılın qiymətinin sürətlə artması müxtəlif səbəblərlə izah edilir. 

Ancaq qızıl bazarında yaşanan bu qiymət artımı həm satıcılar, həm də alıcılar tərəfindən heç də birmənalı qarşılanmır. Bəzi satıcılar qızılın alıcısının kəskin azalacağından qorxur, istehlakçılar isə baha qiymətə almaq istəmirlər. 

Bugünlərdə isə sosial şəbəkələrdə “Əlinizdə 100 manat varsa, ona belə qızıl alın” kimi xəbərlər yayılır. Belə məlumatlar qızılla bağlı yeni dəyişiklikdənmi xəbər verir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, qızıl əslində daim güvənli yatırımdır: 

“Xüsusilə də son dövrlər dünyada baş verən gərginliklər, siyasi və hərbi qarşıdurmalar, həm Yaxın Şərq regionunda baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi dünyada gərginlik yaradıb. Bu gərginlik son 2-3 il ərzində qızıla olan marağı artırıb. İnvestorlar xüsusilə də etibarlı yatırım formasında qızılın alışını artırıblar. 

Çox gəlir gətirən investisiya olmasa belə, ən güvənli investisiya statusundadır. Təsadüfi deyil ki, dövlətlər öz qızıl ehtiyatlarını artırmağa üstünlük verirlər. Azərbaycan da valyuta ehtiyatlarında qızılın həcmini artırmağa başlayıb. 

Bir neçə gün əvvəl valyuta ehtiyatlarına əlavə etmək üçün İsveçdən ilk dəfə olaraq bahalı Skandinaviya qızılı aldıq. Azərbaycan Avstriyadan qızıl alışını kifayət qədər artırıb. Bütün dövlətlər etibarlı valyuta kmi qızıla üstünlük verir”. 

Ekspert bildirib ki, lakin sosial şəbəkələrdə vətəndaşlara yönəlik belə çağırışlar o qədər də əsaslı deyil:

“Çünki aşağı gəlirli olan, sabir gəlirləri olmayan vətəndaş üçün uzun müddətli gəlir vəd edən qızıl almaq, saxlamaq heç də əlçatan deyil. “Bu gün əlinizdə 100 manat varsa qızıl alın” fikri “10 gün ac qalın” anlamına gəlir. Qızılı o halda almaq mümkündür ki, vətəndaşın əlavə gəlirləri olsun. 

Gündəlik istehlak xərclərindən əlavə, kommunal, səhiyyə kimi xərclərdən əlavə gəlir olarsa, vətəndaş qızıla yatırım etməlidir. Çünki xarici valyuta ilə bağlı tərəddüdlər var. Əmanətlərlə bağlı risk faktoru mövcuddur. Ona görə də bu çağırışlar o qədər də əsaslı deyil. Əgər vətəndaşın zəruri xərclərindən əlavə hətta 50 manat belə varsa, qızıl alması tövsiyə olunandır”. 

O ki qaldı Məhərrəm ayı ilə bağlı qızılın qiymətinin aşağı düşməsinə, ekspertin fikrincə, bu, yalnış yanaşmadır: 

“Bu, bazar iştirakçılarının ortaya atdığı şayiədir, qızıl satıcılarının uydurmasıdır. Qızıl alan şəx toyu Məhərrəm ayından sonraya planlayıb. Qızılı bu ayda almaq ona mane olmur. Əgər vətəndaş bu aydan 5-10 gün sonra toy təyib edibsə, indi qızıl ala bilər. 

Yəni Məhərrəm ayı qızl almağa qadağa qoymur. Yaxud kiməsə hədiyyəyə, yatırım üçün qızıl almağa heç kim məhdudiyyət qoymur. Bu ayda qızıl satışı qadağan deyil. İnsanlar ancaq toy, nişan, yaxud hansısa mərasimdə qızıl almır. Doğrudur, bazarda müəyyən səngimələr var. 

Ancaq bu, Məhərrəm ayı ilə bağlı deyil. Daha çox yay olması ilə bağlıdır. Yay  istirahət dövrüdür. Bu ərəfələrdə vətəndaşlar yalnız istirahətlə bağlı düşünürlər. Bu zaman qızıl alışı, müəyyən şənliklər təxirə düşür. 

Məsələn, sentyabr ayında məktəb ləvazimatlarının aktiv bazara çevrildiyinin şahidi oluruq. Çünki  mövsümlə bağlı bir ticarət növüdür. Ancaq qızıl satışı ilin 12 ayında mövcuddur. Qızıl məhz təyinata, geyim kimi bir məqsəd üçün alınmır. Yəni çoxməqsədli investisiya formasıdır. 

Ona görə qızılın istənilən dövrdə alışı-satışı həyata keçirilir. Belə xəbərlər qızıl satanların bir az bazarda durğunluq yarandığı üçün sosial şəbəkələr üzərindən dövriyyə buraxdıqları uydurmadan başqa bir şey deyil”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az

 

Açar sözlər: qızıl almaq qiymət Razi Abbasbəyli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri