Icma.az
close
up
RU
Türk pilotdan qəza haqda şok detal: Əlimizdəki dəlillər göstərir ki...

Türk pilotdan qəza haqda şok detal: Əlimizdəki dəlillər göstərir ki...

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarə mütləq şəkildə “Qroznı”ya enməli idi.

Bu sözləri Teleqraf.com-un Türkiyə bürosuna açıqlamasında ehtiyatda olan türkiyəli hərbi pilot Hüseyn Fazla qəzaya uğrayan təyyarə ilə bağlı danışarkən deyib.

Təcrübəli pilot bildirib ki, mülki təyyarənin Qazaxıstana yönləndirilməsi ağılasığmaz qərardır:

“Təyyarədə baş verən nasazlıq zamanı pilot ən yaxın meydana eniş etməyə çalışır. Nisbətən kiçik nasazlıqda isə ən əlverişli bölgə seçilir. Bu hadisədə təcili eniş zərurəti yaranıb. Əlimizdəki dəlillər bunu göstərir. Belə olan halda pilotun daha uzun məsafəyə uçmaq məcburiyyətində qalmasının bir açıqlaması olmalıdır”.

Hərbi pilotun sözlərinə görə, nümayəndələr arasında Rusiyadan da təmsilçi olmalıdır:

“Nəticə etibarilə Rusiya bu hadisədə tərəfdir. Araşdırma heyətində Rusiyadan nümayəndənin olması şərtdir. Faktlar təqdim olunarkən, onlar buna şahidlik edəcək ki, etiraz ehtimalı olmasın. Ancaq əsas məsul tərəf Qazaxıstandır. Bu heyətə kimlərin daxil olacağına onlar qərar verir. Təqdim olunacaq hesabatda hər şey aydın şəkildə izah edilir. Bu məlumatlar Qazaxıstan tərəfindən şəffaflıqla paylaşılmalıdır”.

Sosial şəbəkələrdə, o cümlədən Rusiya kanallarında hədəf yayındıran versiyalara gəlincə, H.Fazla əlavə edib ki, hava şəraiti ilə bağlı səsləndirilən bütün versiyalar əsassızdır:

“Qəza ilə bağlı müxtəlif spekulasiyalar yayılıb. Hava şəraiti, təyyarənin içində balon partlaması və s. bu kimi iddialar əsassızdır. Bu təyyarələr illərdir o ərazilərdə uçur. Əgər təyyarə vurulmasaydı, mövcud hava şəraitində rahatlıqla eniş edilə bilərdi”.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Dekabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri