Icma.az
close
up
RU
Əlimyandıda günah keçisi axtarılır: Samir Abasova oxşamasın

Əlimyandıda günah keçisi axtarılır: Samir Abasova oxşamasın

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

”Neftçi”də Vernidubun gəlişinə qədər müvəqqəti olaraq posta keçən Sənan Qurbanov 3 matçda komandaya rəhbərlik etdi. “Zirə”yə uduzub, kubok dəftərini bağladı, çempionatda “Sabah”a uduzdu, “Turan”la heç-heçə etdi. Qurbanovun keçici rəhbərliyi altında “Neftçi” 3 oyunda 1 qol belə vurmadı. Oyunsonrası açıqlamalarında gah döyüşdük dedi, gah vuruşduq dedi. Axırda da qayıtdı ki, komanda fiziki cəhətdən zəifdir. Belə çox gülməli.

Ardınca komanda Yuri Verniduba həvalə olundu. Ukraynalı mütəxəssis dünən ilk sınağını “Sumqayıt”a qarşı verdi. 2:0 önə keçdi, son dəqiqələrdə ardıcıl 2 qol buraxaraq, 1 xalla kifayətlənməli oldu. İlk mətbuat konfransında uğursuzluğa göstərdiyi səbəb o oldu ki, komandanın fiziki səviyyəsi aşağıdır, komanda 60-70 dəqiqə çatdırır. Belə bu da çox gülməli. 

Yoldaşlar, camaatı ələ salmısız? Sidq ürəkdən özünüzü inandırmısız ki, komandadakı problem fizikidir və indi bizi də buna inandırmağa çalışırsız? İşin ən gülməli tərəfi odur ki, dolayı yolla komandanın fiziki yetərsizliyinə səbəbkarın Samir Abasov olduğunu deməyə çalışırsız. Bu artıq komediya stand-up səhnəsi üçün pikdir – hansı ki, insanlar gülməkdən yorulub artıq əl çalmağa başlayırlar. 

Bir-iki xatırlatma edəcəm. Gəlin, Abasovun rəhbərliyi altında Neftçinin cari mövsüm vurduğu bəzi qolların dəqiqələrinə birlikdə baxaq. “Kəpəz”lə oyunda (5:1) son 3 qolun dəqiqələri: 74 və 87 Sambu, 91 Varqas. Son 15 dəqiqədə 3 qol. MOİK-lə matç (6:2) ölçü sayılmasa da, deyim. 70 və 83-cü dəqiqələrdə Murad Məmmədov və Almeidanın vurduğu qollar. “Qəbələ”ylə oyunda (2:0) Metyu və Abubakar 71 və 81-ci dəqiqədə fərqləndilər. “Zirə”nin son dəqiqələrdə ekstra penalti ilə 2:2 etdiyi matçda Neftçinin qolları 66 və 88-ci dəqiqələrdə Varqas və Sambudan gəlib. “Sumqayıt”ı səfərdə 2:0 məğlub etdiyi matçda Abasovun komandası qolları 79 və 92-ci dəqiqədə vurub – Ağadadaş və Kurçi fərqlənib. Bəli, bütün bunlar fiziki cəhətdən yetərsiz olduğu iddia edilən komandanın bu mövsüm vurduğu qolların dəqiqələri, nəticələri idi. 5 oyun saydım, 4-ü qələbə, 1-i məlum heç-heçə. 

Sualımı təkrar edirəm, camaatı ələ salmısız? Vallah, Abasovdan sonrakı 2 məşqçi çıxıb başqa nağıl danışsaydı, belə yanıb tökülməzdim. Əsas da Sənan Qurbanovun açıqlamalarını oxuyanda elə bil başıma qaynar su tökdülər. Bu arada, ay müəllim, azı 3 oyunluq şansın var idi də, çıxart, normal bir oyun oynat, nəsə fərqli bir şey yoxla, nədən qorxursan axı, itirəcək nəyin var? Ara yerdə kubok da əldən çıxdı. Yox, ağzımız əyilər. Eləcə hamınız çəkin özünüzü durun qıraqda, ver yeyim, ört yatım, gözlə canım çıxmasın prinsipiylə gününüzü keçirin. Arada da bir-iki nağıl danışın. 

Gülməli olan odur ki, Azərbaycan futbolu barədə azca məlumatı olan adamlar bilir ki, Samir Abasov hansı kluba məşqçilik edirsə, o komanda xüsusilə fiziki cəhətdən seçilir. Yoxsa “Sumqayıt”ı dibdən götürüb 1 xalla bürünc medalı əldən qaçıranda, 4-cü yerlə avrokuboklara aparanda əlinin altında Juninyo, Yankoviç, Zubir var idi? Nəyin hesabına belə uğurlu olmuşdu? Bütün futbol ictimaiyyəti onun rəhbərlik etdiyi komandaları ilk növbədə fiziki durumuna görə ön plana çıxarıb, ay nağılbazlar... Çıxın problemi açıq-aydın deyin. Deyə bilmirsizsə, başlıca problemi mən deyim.

Çox əvvəldən yox, 2023-cü ilin yayından komandanın heyətində olan futbolçu dünən “Sumqayıt”la matçda neçənci məşqçisini gördü, bilirsiz? Altıncı məşqçisini. 6. Sadəcə iki ilin tamamında 6 fərqli məşqçi. Mutu, Bojoviç, Qriqorçuk, Samir Abasov, Sənan Qurbanov, indi də Yuri Vernidub. Bütün bu adları 2 ilə sığdırdıq. Nəticə isə fiasko...

Uzatmayım, bütün sözlər deyilib, onsuz da artıq bir mənası yoxdur. Amma Füzuli demişkən, danışsam təsiri yox, sussam könül razı deyil. Samir Abasovla yolların ayrılması çox səhv qərar idi. Geridə qalan illərlə müqayisədə Abasov komandaya bir üslub, dominantlıq, pozitiv ab-hava gətirmişdi. Ən azı mövsümün sonuna qədər gözləmək lazım idi. 6 aydan bir məşqçi dəyişə-dəyişə “Neftçi” azarkeşləri bir 15 il də həsədlə "Qarabağ"ın uğurlarını seyr edəcək. Samir Abasov isə hansısa komandaya gedəndən sonra, gəlib yenə "Neftçi"ni udsa, çox ürəyinizə salmayın. Hazırda isə özünüzə başqa günah keçisi tapın. Çalşın, Samir Abasova oxşamasın.

Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion olub Mövsümün ilk matçında qollu sülh - YENİLƏNİB Liqa 1-dən “Neftçi”yə - VİDEO ÇL: “Qarabağ” səfərdən qalib qayıdır - YENİLƏNİB Niderland millisinin üzvü “Tottenhem”də - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://apasport.az
archiveBu xəbər 16 Dekabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri