Icma.az
close
up
RU
Əlində silah yerinə kamera olsa da…

Əlində silah yerinə kamera olsa da…

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür 

Azərbaycan tarixi igid övladlarının hünəri ilə ucalıb, şəhidlərinin müqəddəs qanı ilə möhkəmlənib. Bu Vətən hər zaman azadlığı, haqqı, həqiqəti qorumaq üçün canından keçməyə hazır oğullar yetişdirib. Onlardan biri də görkəmli jurnalist və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayevdir. 

1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Atası Fuad Mustafayev onu hərbçi kimi görmək istəyirdi, bu səbəbdən də oğlunu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumağa yollayır. Burada yarımçıq saxlayıb, orta məktəbə getməyə başlayır. 167 saylı məktəbi 1977-ci ildə bitirir. Çingiz elə həmin ildə Azərbaycan Tibb İnstitutuna daxil olur. O, 1983-cü ildə institutu uğurla bitirərək Şabran rayonunda təyinatla üç il müddətində həkim kimi fəaliyyət göstərir. Daha sonra o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına həkim olaraq təyin edilir.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutur. 1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayır. Çingiz yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmirdi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapırdı. O dövrdə Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub.

Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə, "215 kl" studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər. I Qarabağ müharibəsi başlayandan sonra cəbhə bölgələrinə yollanan Çingiz ölkənin döyüş gedən bütün rayonlarından operativ xəbərlər, xüsusi reportajlar hazırlayaraq informasiya blokadasında olan Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırıb.

Bu dövrdəki qısamüddətli fəaliyyəti ilə o, Ermənistan-Azərbaycan müharibəsinin birinci mərhələsinin əsl salnaməsini yaratmağı bacarıb. Çingiz Mustafayevin Xocalıda çəkdiyi erməni vəhşiliyini əks etdirən kadrlar isə Ermənistanın bütün dünyadakı nüfuzuna ağır zərbə vurub.

Çingiz Mustafayev Qarabağ müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Onun məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalır. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində S.Mövsümlü öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.

Telejurnalist döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.

Onun Xocalıda erməni vəhşiliyini əks etdirən kadrları nə gözümüzdən silinəcək, nə də həmin kadrları çəkdiyi vaxt qəlbindən qopan acı hönkürtüsü qulaqlarımızdan çəkiləcək. Çingiz çəkə-çəkə ağlayır, ağlaya-ağlaya çəkirdi, amma kamerasını bir an da olsa, çiynindən yerə qoymurdu ki, dərdimizi, ağrımızı, faciəmizi dünyaya çatdırsın. Əlində silah yerinə kamera olsa da, müharibədə göstərdiyi şücaət dastanlara layiqdir.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Bakı küçələrindən biri onun adını daşıyır. 2011-ci il avqustun 31-də Almaniyada 3 min nüsxə ilə Ç.Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olub. "Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var. 1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. 

Çingiz Mustafayevin adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.

Müşfiq MİRZƏ

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri