Icma.az
close
up
RU
Əlisəfa Azayevin 75 illiyi qeyd edildi

Əlisəfa Azayevin 75 illiyi qeyd edildi

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

22 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında yazıçı-hüquqşünas Əlisəfa Azayevin 75 illik yubileyi münasibətilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Əlisəfa Azayevin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulayaraq, onun zəngin yaradıcılığından, hüquqşünas kimi səmərəli fəaliyyətindən və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrdən bəhs etdi. O, eyni zamanda Ə.Azayevin qanunlarımızı hər zaman ali tutan, savadlı hüquqşünas və əsl vətənpərvər olduğunu vurğulayaraq yazıçının əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər söyləyərək görkəmli şəxsiyyətlərin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə keçirilən belə tədbirlərin faydasını da vurğuladı.

Tədbirdə çıxış edən rayon ziyalıları Akif İbrahimov, Ramiz Cəfərov,  Əməkdar müəllim Məhəmmədəli Veyisov, şəhid atası Hacı Bahadur Paşayev, şəhid anası Simuzər Bağıyeva, Müşgünaz Əliyeva, Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin qardaşı Ağasəməd Abdullayev, AYB-nin üzvləri qocaman jurnalist Tofiq Abdullayev, şair Abduləziz Xanəhmədoğlu, Anar Gülümsoy, Aida Adıgözəl, Nanəgül Həmidova, rayon MKS-nin əməkdaşı Şahnaz Məcidova, Qasım Hüseynov  çıxış edərək Əlisəfa Azayevin həyat yolu, ədəbi irsi və yaradıcılığının əsas xüsusiyyətlərindən bəhs etdilər və yazıçının əsərlərində mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının, humanist ideyaların geniş əks olunduğunu qeyd etdilər,  onun Azərbaycan ədəbiyyatına və hüquq elminə verdiyi töhfələri yüksək qiymətləndirdilər. 

Tədbirin gedişində yazıçının həyat və fəaliyyətini əks etdirən slayd və videolardan parçalar da nümayiş etdirildi, bədii yaradıcılığında nümunələr səsləndirildi.

Tədbirdə müəllifin kitablarından ibarət sərgi nümayiş etdirildi və iştirakçılar  yazıçının yeni kitabları ilə yaxından tanış oldular. Akademik Rafael Hüseynovun  Əlisəfa Azayevin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə fəal əməkdaşlığına görə və 75 illik yubileyi münasibətilə imzaladığı  Fəxri Fərman yazıçıya təqdim  təqdim olundu.
Sonda Əlisəfa Azayev çıxış edərək oxucuların ona ünvanladığı sualları cavablandırdı və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Tədbir iştirakçıları yazıçıya çiçək dəstələri təqdim edərək onunla xatirə şəkilləri çəkdirdilər.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri