Əlİttihadın braziliyalısı Fransa nəhənginə keçdi
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun mərkəz müdafiəçisi Luis Felipe karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu Marsel “Olimpik”inə transfer olunub.
Keçidi Fransa klubunun rəsmi saytı rəsmən açıqlayıb.

Əslən Braziliyadan olan italiyalı “Əl-İttihad”dan azad agent kimi ayrılıb və “Olimpik”lə 2026-cı ilin yayına qədər müddətə müqavilə imzalayıb.
Luis Felipe “Əl-İttihad”a 2023-cü ilin sentyabr ayında İspaniyanın “Betis” klubundan 22 milyon avroya keçmişdi. 27 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubunda 28 oyuna çıxıb və heç nə ilə yadda qalmayıb.
Felipe daha öncə “Latsio”, “Betis”, “İtuano” və “Salernitana” kimi klublarda da forma geyinib.
Luis Felipe vaxtilə Braziliyanın U-20 və U-23 yığmalarında oynasa da, 2022-ci ilin iyun ayında İtaliyanın əsas millisində debüt edib. O, İtaliya yığmasının heyətində cəmi 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 11 Yanvar 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















