Əlİttihadın forvardını klublarımız transfer etmək istəyir
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Sabah"ın sabiq forvardı Emmanuel Apeh yenidən Azərbaycana gələ bilər.
Sportal.az saytına verilən məlumata görə, nigeriyalı hücumçunun xidmətində “Turan Tovuz” və “Araz-Naxçıvan” maraqlıdır.
28 yaşlı futbolçunun özü də ölkəmizə qayıtmağa müsbət yanaşır. “Sabah”ı tərk etdikdən sonra Misirin “Əl-İttihad” klubu ilə anlaşmış nigeriyalı 2026-cı il iyunun 30-na qədər bu komandaya məxsusdur.
Maliyyə məsələlərində razılaşma olarsa, Apehi yenidən Premyer Liqamızda görəcəyik. Emmanuel karyerası ərzində “Lorka”, “Selta”B, “Tenerife”, “Alkorkon” klublarında da oynayıb.

Klublarımız Əlİttihadın forvardına elçi düşüb İdman və Biz
04 Noyabr 2024 18:11
Əlİttihadın braziliyalısı Fransa nəhənginə keçdi
11 Yanvar 2025 17:07
Fənərbaxça Çelsinin forvardını istəyir
29 Dekabr 2024 12:31
“Fənər” “Yuventus”un forvardını istəyir
25 Fevral 2025 17:35
Mançester Yunayted Realın forvardını almaq istəyir
11 Noyabr 2024 12:57

