Əlixan Rəcəbov Smoking Azerbaijan da tütünü reklam etdi Şirkət cərimə edildi
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində tütün və tütün məlumatları məhsullarını reklam edən şirkət cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, "TTC GROUP" (The Tobacco Company) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 72/74, mənzil 95 ünvanında yerləşən "TTC GROUP" MMC-nin "Smoking Azerbaijan" adlı "Instagram" səhifəsində reklamı qadağan olunmuş tütün və tütün məlumatlarının reklam edilir.

Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, onlar bu cür paylaşımın inzibati xəta olmasını bilməyiblər. Digər səhifələr bu tip reklam paylaşıb və onlar da buna görə paylaşıma başlayıblar.
Məhkəminin hökmü ilə "TTC GROUP" MMC İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat cərimə edilib.

Apardığımız araşdırmaya görə, "Smoking Azerbaijan" səhifəsində tütün məhsullarının reklamına məhşur bloger və aktyorlar da cəlb edilir. 1000 manatlıq cəriməyə isə bloger və aktyor Əlixan Rəcəbovun son reklam çarxı səbəb olub.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Turan Mahmudzadədir.
Aydın

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 23 Dekabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















