Günay Əfəndiyeva: Azərbaycan və Türkiyənin birgə təhsil təşəbbüsləri ümumilikdə regionun yüksəlişində önəmli rol oynayır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
“Azərbaycan və Türkiyə hökumətlərinin təhsil sahəsində əməkdaşlığına dair Sazişə Əlavə Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi iki ölkənin qardaşlığının, yüksək səviyyəli strateji tərəfdaşlığının məntiqi davamı olmaqla yanaşı, həm də ümumtürk inteqrasiyasına növbəti bir dəyərli töhfəsidir. Ötən əsrin sonunda Ulu Öndər, böyük Heydər Əliyevin uzaqgörənliklə etdiyi "Bir millət, İki dövlət" müdrik çağırışı dərin bir fəlsəfəyə çevrildi və sonra XXI əsrdə Prezidentin “Türk dünyası bizim ailəmizdir” ifadəsində daha da geniş vüsət aldı və inkişaf yolumuzun əsas istiqamətlərindən birini göstərdi.
Bu baxımdan Azərbaycan və Türkiyənin, eləcə də ölkəmizin bütövlükdə Türk dünyası ilə birgə təhsil təşəbbüsləri ümumilikdə regionun yüksəlişində önəmli rol oynayır.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın Türk dünyası ilə qardaşlıq və təhsil sahəsində əməkdaşlıq əlaqələri bu gün Bakıda Azərbaycan–Türkiyə Universitetinin, Füzuli şəhərində Özbəkistanın Mirzə Uluqbəy adına məktəbinin, Qazaxıstanın Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Ağdamın Xıdırlı kəndində Qırğızıstanın “Ayköl Manas” məktəbinin, eləcə də Cəbrayıl rayonunda Macarıstanın dəstəyi ilə inşa edilən məktəbin fəaliyyəti ilə öz təsdiqini tapır.
“Bu təhsil ocaqları xalqlarımız arasında mənəvi və intellektual körpülərin qurulduğu, ortaq tarix, dil, mədəni dəyərlərə əsaslanan birgə baxış və həmrəylik mühitinin formalaşdırıldığı strateji platformalardır. Həmin təhsil müəssisələrində müasir dillərimiz ilə yanaşı, qədim əlifbamız da öyrənilsin. Bu, tarixi bağlarımızı daha da möhkəmləndirərək bizi bir-birimizə daha da yaxınlaşdıracaq.
Növbəti ilə sayılı günlər qalır və məlumunuzdur ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi ölkəmizdə geniş qeyd olunacaq.
Bir əsr öncə bu qurultayda iştirak edən görkəmli ziyalılar, alimlər Türk dünyasının bugünkü mənzərəsini — elm, təhsil, mədəniyyətdə sıx əməkdaşlıq edən, bir-birinə dayaq olan, ortaq gələcəyə inamla irəliləyən birliyi arzulayırdılar. Bu gün həmin arzular Azərbaycanın dövlət siyasətinin əsas prioritetləri sırasında konkret addımlarla və uğurlu nəticələrlə öz parlaq təcəssümünü tapır.
Müasir dövrdə Prezident bu tarixi missiyanı böyük siyasi-diplomatik məharətlə həyata keçirdi və ölkəmiz bu gün Türk dünyasının mühüm aparıcı sütunlarından biri kimi çıxış edir”,-deyə Günay Əfəndiyeva diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 23 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















