Zəngəzur dəhlizi üzrə əsas yollar gələn il istifadəyə veriləcək Nazir
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Azərbaycan ərazisində Zəngəzur dəhlizinin əsas hissələrindən biri olan Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 69 % icra edilib.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan-Türkiyə investisiya forumunda bildirib.
Onun sözlərinə görə, Horadiz-Ağbənd avtomobil yolunun tikintisi isə 95 % tamamlanıb. Nazir müavini qeyd edib ki, hər iki nəqliyyat arteriyasının növbəti ilin sonunadək tam istifadəyə verilməsi planlaşdırılır.
R.Hümmətov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması strateji baxımdan həlledici əhəmiyyət daşıyır və Azərbaycanla Türkiyə arasında ticarət və tranzit axınlarının artımına mühüm töhfə verəcək.
Nazir müavini əlavə edib ki, Naxçıvanda nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində işlərə artıq başlanılıb. Onun sözlərinə görə, Türkiyə ərazisində Qars-Naxçıvan dəmir yolu üzrə tikinti işlərinin icrası Zəngəzur dəhlizinin imkanlarının tam gücü ilə reallaşdırılmasına şərait yaradacaq.
R.Hümmətov bildirib ki, bu layihələr çərçivəsində regionu əhatə edən inteqrasiya olunmuş dairəvi dəmir yolu sisteminin formalaşdırılması nəzərdə tutulur. Qeyd edilib ki, bu marşrut ildə 15 milyon tonadək yük daşınmasına imkan verəcək./report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 23 Dekabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















