Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
26 Noyabr 2024 10:54

