Icma.az
close
up
RU
Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: Region bu görüntüdən danışır

Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: Region bu görüntüdən danışır

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çinə səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyanla ayaqüstü görüşləri maraqla qarşılandı. Bu, regionda sülhə doğru mühüm jest kimi qiymətləndirilir.

Azərbaycan Prezidenti həmçinin Çin rəhbərliyinə Bakı ilə İrəvan arasında sülh şəraitinin mövcud olduğunu və bu istiqamətdə irəliləyişlərin əldə edildiyini bildirib. Vaşinqtonda keçirilən görüşdən sonra Çində baş tutan bu qeyri-rəsmi təmaslar tərəflər arasında münasibətlərin istiləşdiyini göstərir.

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Azərbaycan Prezidenti həm Vaşinqton səfəri zamanı, həm də sonrakı müddətdə dəfələrlə Ermənistanla sülh şəraitinin mövcud olduğunu vurğulayıb:

“Bu, dolayısı ilə müharibənin başa çatdığına işarədir. Çində Azərbaycan və Ermənistan dövlət başçılarının, o cümlədən, xanımlarının ayaqüstü görüşü də bunun praktik sübutudur. Belə bir görüş təsadüfi deyil. Prezident söylədiyini əməli şəkildə də nümayiş etdirir. Artıq münasibətlərin istiləşdiyi mesajı verilir. Bu, həm Vaşinqtona, həm də prosesdə maraqlı olan geosiyasi güc mərkəzlərinə, eləcə də bütün dünyaya ünvanlanmış mesajdır. Belə görüntülərin olması hər iki ölkənin ictimai rəyinə müəyyən qədər təsir edir”.


Natiq Miri

Həmçinin oxuyun:

Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə nələr var?

Politoloq əlavə edib ki, yekun sülh müqaviləsinin imzalanmasından danışmaq hələ tezdir:

“Çünki konkret şərtlər var və onların yerinə yetirilməsi asan görünmür. Sülh müqaviləsinin imzalanması, böyük ehtimalla, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Əgər Nikol Paşinyan və komandası seçkilərdə uduzar, radikal və revanşist qüvvələr Rusiyanın dəstəyi ilə hakimiyyətə gələrsə, sülh müqaviləsinin taleyi sual altına düşə bilər”.

Natiq Mirinin fikrincə, bunun qarşısını almaq üçün Paşinyan parlament seçkilərinə sülh vədini reallaşdırmaq məqsədi ilə getməlidir:

“Əks halda, bu, onun üçün məğlubiyyət olacaq. 2021-ci il seçkilərində xalq məğlub Paşinyana mandatı ona görə verdi ki, o, seçkidə əsas tezis olaraq Ermənistana sülh gətirəcəyini vəd etmişdi. Çindəki bu görüntü olduqca vacibdir. Yalnız sonrakı müddətdə sülh müqaviləsinin imzalanacağı məkan barədə də danışmaq olar. O baxımdan, prosesə töhfə verən və “müharibə başa çatdı” anlayışını formalaşdıran ABŞ rəhbərliyinin vasitəçiliyi ilə Vaşinqtonun məkan olaraq seçilməsi mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri