Icma.az
close
up
RU
“Əliyev Putin görüşü Azərbaycan üçün yeni iqtisadi fürsətlər aça bilər” İqtisadçı

“Əliyev Putin görüşü Azərbaycan üçün yeni iqtisadi fürsətlər aça bilər” İqtisadçı

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Dünən Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşdən sonra diqqətlər iki ölkə arasındakı iqtisadi münasibətlərin gələcəyinə yönəlib.

İki ölkə arasında iqtisadi münasibətlərin taleyindən Redaktor.az-a bəhs edən iqtisadçı Akif Nəsirli bildirdi ki, görüşdə Azərbaycan-Rusiya ticarət dövriyyəsində “müsbət dinamika”nın müşahidə olunduğu vurğulanıb:

"İlham Əliyevin sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq son illərdə sabit artım tempi nümayiş etdirir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında illik ticarət dövriyyəsi artıq 4 milyard dollara yaxınlaşır. Görüşdə qarşılıqlı investisiyaların təşviqi, istehsal və kənd təsərrüfatı məhsullarının ixracı, sənaye əməkdaşlığının dərinləşdirilməsi kimi məsələlər əsas mövzular sırasındadır. Bu, Azərbaycanın qeyri-neft ixracını artırmaq, Rusiyanın isə region bazarına çıxış imkanlarını genişləndirmək baxımından hər iki tərəf üçün faydalıdır.
Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji və tranzit sahələridir. İki ölkə artıq neft, qaz və elektrik enerjisi mübadiləsində sıx əlaqələr qurub. Yeni mərhələdə “Cənub marşrutu”nun inkişafı, qaz-swap (qaz mübadiləsi) əməliyyatları, eləcə də yaşıl enerji və hidrogen layihələrində birgə fəaliyyət gündəmdə ola bilər".

Müsahibimizin sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinin modernləşdirilməsi və bu marşrutun Avrasiya logistik sisteminə inteqrasiyası hər iki dövlətin iqtisadi maraqlarına uyğundur. Akif Nəsirli qeyd etdi ki, Azərbaycan tranzit ölkə kimi strateji əhəmiyyətini artırır, Rusiya isə öz ixrac yollarını diversifikasiya etmək imkanı qazanır:

"Son aylarda Rusiya ilə Azərbaycan arasında bəzi diplomatik gərginliklər müşahidə olunsa da, liderlərin görüşü münasibətlərin sabitləşməsi istiqamətində mühüm addım sayılır. Rusiya üçün Cənubi Qafqazda sabit münasibətlər strateji əhəmiyyət daşıyır, Azərbaycan üçün isə bu əməkdaşlıq həm iqtisadi, həm də təhlükəsizlik baxımından önəmlidir. Bununla belə, Qərb sanksiyaları, beynəlxalq maliyyə məhdudiyyətləri və regional risklər iki ölkə arasındakı iqtisadi əlaqələrin sürətlə dərinləşməsinə müəyyən maneələr yarada bilər".

Onun fikrincə, Əliyev-Putin görüşündən sonra münasibətlərin üç əsas istiqamətdə inkişafı mümkündür.

"İlk olaraq, yeni birgə sənaye və tranzit layihələri elan edilir, ticarət dövriyyəsi kəskin artır, ikincisi, görüşdən sonra bəyanatlar səviyyəsində razılaşmalar qalır, lakin əməkdaşlıq tədricən və seçilmiş sahələrdə davam edir, son olaraq regional və beynəlxalq təzyiqlər artarsa, tərəflər yalnız minimum səviyyədə iqtisadi əlaqələri saxlayar.

Yəni Əliyev-Putin görüşü Azərbaycanın iqtisadi diplomatiyası üçün yeni fürsətlər aça bilər. Enerji, tranzit və ticarət sahələrində əməkdaşlığın güclənməsi mümkündür, amma bu proses ehtiyatlı və mərhələli şəkildə baş verəcək. Qlobal sanksiyalar və regiondakı balanslı siyasət zərurəti Bakının Moskva ilə iqtisadi əlaqələrində praqmatik, amma çevik yanaşmanı qorumasını tələb edir", - deyə iqtisadçı yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri