Icma.az
close
up
RU
“Putin Əliyev görüşü Azərbaycan Rusiya iqtisadi əlaqələrini sürətləndirə bilər” İqtisadçı

“Putin Əliyev görüşü Azərbaycan Rusiya iqtisadi əlaqələrini sürətləndirə bilər” İqtisadçı

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiyanın Prezidenti Vladimir Putin mətbuat konfransında bildirdi ki, iki ölkə arasındakı böhran heç də dövlətlərarası səviyyədə olmayıb. Həqiqətən də dövlətlərarası səviyyədə müəyyən soyuqluq özünü göstərsə də, ciddi bir böhran yaranmayıb. Bunun əsas göstəricilərindən biri isə, Rusiya prezidentinin qeyd etdiyi kimi, qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin davam etməsidir. Bu əlaqələr yüksək səviyyədədir və iki ölkə arasında iqtisadi-ticarət əlaqələri ildən-ilə artmaqdadır".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putininin Tacikistandakı görüşündən sonra Azərbaycan-Rusiya iqtisadi əlaqələrindən bəhs edən iqtisadçı Pərviz Heydərov bildirdi.

Onun sözlərinə görə, Rusiya bazarına daha çox məhsul ixrac olunsa da, Azərbaycandan Rusiyaya ixrac nisbəti daha azdır:

"Yəni qarşılıqlı ticarət əlaqələrində Rusiya Azərbaycana daha çox məhsul satır, Azərbaycan isə Rusiyaya nisbətən az ixrac edir. Bu əlaqələrin böyük əhəmiyyəti vardır. Rusiya son vaxtadək Azərbaycanın əsas birinci sırada duran ticarət tərəfdaşı olub. Hazırda isə Azərbaycana ixracda Çin onu üstələyib, ikinci yer hal-hazırda Rusiyaya məxsusdur. İki dövlət başçısının görüşlərindən sonra aradakı anlaşılmazlıqlar aradan qalxarsa, ikitərəfli iqtisadi və ticarət əlaqələrinin daha sürətlə inkişafına zəmin yaranacaq. Rusiya bazarlarında açılış məsələsi isə birbaşa Azərbaycana bağlı deyil. Sadəcə olaraq, Rusiya bazarı əvvəlki kimi Azərbaycan üçün gəlirli və effektiv hesab olunmur, çünki Rusiya iqtisadiyyatı sanksiyalar altındadır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see973

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see265

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see238

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see205

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see202

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see196

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see177

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see153

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see152

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see143

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see143

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see139

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see137

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see136

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see132

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see132

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri