Icma.az
close
up
RU
Tranzit əlaqələri region üçün yeni iqtisadi nəfəs ola bilər İqtisadçı

Tranzit əlaqələri region üçün yeni iqtisadi nəfəs ola bilər İqtisadçı

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.

Ermənistanın Azərbaycan və Türkiyə arasında yük tranzitini təmin etməsi regional ticarət və iqtisadi əməkdaşlığa hansı faydalar gətirə bilər?

Redaktor.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri, dosent, iqtisadçı Emin Qəribli bildirdi ki, dünən Astanada prezidentin bildirdiyinə görə artıq bu yaxınlarda Qazaxıstan buğdası Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınıb:

"Bu da o deməkdir ki, əvvəllər tətbiq olunan embarqo, yəni məhdudiyyətlər aradan qaldırılıb və artıq yüklərin daşınması bərpa olunub. Bu, həm region, həm də Azərbaycan üçün mühüm hadisədir. İlk olaraq Ermənistan baxımından baxsaq, Ermənistanın bu gün Azərbaycanla münasibətlərində yaşanan problemlər və Türkiyə ilə diplomatik əlaqələrin uzun müddət pozulması nəticə etibarilə onun Avrasiya İqtisadi Birliyi çərçivəsində üzv olduğu ölkələrlə iqtisadi əlaqələrini səmərəsiz hala gətirib. Çünki Ermənistan məhsullarını bu ölkələrə ixrac etməkdə çətinlik çəkir. Hazırda bu yüklər yalnız Gürcüstan ərazisi ilə daşınır ki, bu da həm məsrəf baxımından bahalıdır, həm də logistik cəhətdən əlverişsizdir. Bu isə ticarət əlaqələrinin iqtisadi mənasını azaldır. Amma Azərbaycan və Türkiyə ilə əlaqələr bərpa olunsa, yüklər tranzit olaraq bu ölkələrin ərazisindən daşınsa, bu, Ermənistan üçün də faydalı ola bilər. Azərbaycan üçün isə Ermənistan ərazisindən keçid Gürcüstan marşrutuna nisbətən daha qısa və əlverişlidir. Bu da Azərbaycan ərazisindən tranzit daşımaların xərclərini azaldır ki, bu da müsbət nəticə verir".

İqtisadçı əlavə etdi ki, Türkiyə iqtisadiyyatı dinamik inkişaf edir və yeni bazarlar axtarır.

"Türk dövlətlərinin bazarlarına, həmçinin Rusiya istiqamətinə məhsul daşımaları Azərbaycan ərazisindən keçməklə həyata keçirilsə, bu, Türkiyə üçün də faydalı olacaq. Eyni zamanda İranı və Rusiyanı da bu kontekstdə qeyd etmək olar. Belə bir nəqliyyat və iqtisadi əməkdaşlıq əlaqələrinin qurulması bütün region ölkələri üçün faydalı və zəruri olacaq. Sonda qeyd etmək istərdim ki, biz adətən müşahidə edirik ki, iqtisadi əlaqələrin qurulması zamanla mövcud siyasi və sosial problemlərin, xüsusilə də keçmiş münaqişələrin aradan qalxmasına səbəb olur. Ona görə də düşünürəm ki, bu proseslərə iqtisadi əməkdaşlıqdan başlamaq lazımdır və bu da uzunmüddətli müsbət təsirlər verəcəkdir", - deyə Emin Qəribli yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri