Icma.az
close
up
RU
Əliyev tarixi qərar verdi, Tramp məmnun qaldı Kritik görüşün pərdəarxası

Əliyev tarixi qərar verdi, Tramp məmnun qaldı Kritik görüşün pərdəarxası

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. “The Washington Post” nəşri bu barədə iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, görüşün məqsədi münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir.

Prezident İlham Əliyev və Nikol Paşinyanın Trampla ayrıca görüş keçirməsi də planlaşdırılır. Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü açıqlayıb.

İlk növbədə onu qeyd edim ki, Trampın hər iki dövlət başçısı ilə ayrı-ayrılıqda görüşməsi müsbət haldır. Bu, Vaşinqtonun məsələyə həssas və tərəfsiz yanaşmaq niyyətindən irəli gəlir. Əslində, iki ölkə arasında sülh sazişi mətni artıq hazırdır və onun imzalanmasının qarşısında ciddi bir maneə yoxdur.

Bakının narahat edən məqamlar

Lakin təbii ki, Bakını narahat edən məsələlər qalmaqdadır. Xüsusilə də Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsində ərazi iddialarını əks etdirən müddəaların qalması, eləcə də Zəngəzur dəhlizinə dair açıq suallar Azərbaycanın sülhə ehtiyatla yanaşmasına səbəb olur.

Ermənistanın da problemləri mövcuddur. Məsələn, Bakının sülh müqaviləsinə dair əlavə şərtləri Paşinyanı daxili auditoriya və müxalifət qarşısında çətin vəziyyətə salır. Buna baxmayaraq, tərəflərin ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparması və bu prosesin müsbət atmosferdə keçməsi Vaşinqtonda baş tutacaq görüşə ümidləri artırır.

Ən asan münaqişə…

Tramp yaxşı anlayır ki, Ermənistan–Azərbaycan münaqişəsi həlli mümkün olan ən asan beynəlxalq münaqişələrdən biridir. Çünki rəsmi Bakı münaqişənin ən mürəkkəb mərhələsi olan Qarabağ məsələsini artıq həll edib. Azərbaycanın, xüsusilə də xarici təsirlər nəticəsində şərti dövlət sərhədində baş verən təxribat cəhdlərinə təmkinlə yanaşması və gərginliyi artırmamaq mövqeyi onun sülhdə maraqlı olduğunu göstərir. Bu isə Vaşinqton üçün əlavə stimul yaradır.

Həmçinin oxuyun:

Əbu-Dabi formatı: Görüş üçün niyə bu şəhər seçildi? – Vacib CAVAB

ABŞ Ermənistanın, xüsusilə baş nazir Nikol Paşinyanın  Qərbə inteqrasiya meyillərindən xəbərdardır. Bundan başqa, regionun enerji potensialı, eləcə də Azərbaycanın Qərbə enerji nəqlini artırmaq səyləri Vaşinqtonu razı salır. Təbii ki, bir də Trampın Nobel Sülh Mükafatı almaq niyyəti məsələsi var.

Sülh sazişinin yeri və vaxtı…

Bütün bu faktorlar Vaşinqtonda keçiriləcək görüşün nəticə ilə yekunlaşması ehtimalını artırır. Lakin əsas sual budur: söhbət necə bir nəticədən gedir? Hər nə qədər sülh sazişinin mətni hazır olsa da, onun imzalanması üçün vaxt lazımdır. İstisna deyil ki, Vaşinqtonda ən yaxşı halda sülh sazişinin imzalanma yeri və tarixi müzakirə edilə bilər.

Təbii ki, bu prosesdə maraqlı olan başqa güclər də var. Xüsusilə də Rusiya faktoru düşündürücüdür. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun bu baxımdan Rusiyaya səfəri diqqət çəkir. İstisna deyil ki, bu səfərin fərqli məqsədləri olub, lakin onlardan biri də Ermənistan–Azərbaycan sülh danışıqları ilə bağlıdır.

Rusiyanın hərbi varlığı

Vaşinqton düşünür ki, İrəvan və Bakı arasında ortaq məxrəcə gəlinməsi mümkündür, lakin Kremlin bu prosesə əngəllər yaratmasından ehtiyat edir. Azərbaycanda olmasa da, Ermənistanda hələ də Rusiyanın təsir gücü, xüsusən də hərbi varlığı qalır.

ABŞ bu məsələdə Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışır. Bunun mümkün olub-olmayacağını zaman göstərəcək. Amma bir məqam dəqiqdir: Vaşinqtonda tarixi görüş baş tuta bilər. Hər şey plana uyğun getsə, həm Bakı, həm İrəvan, həm də Vaşinqton öz məqsədinə çatar.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri